Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 00:14

Rusiya səfirliyi yaxınlığında növbəti aksiya


Bakıda Rusiya səfirliyi qarşısında F.Abbasovla bağlı aksiya

Mayın 23-ü bir qrup fəal Moskvada saxlanan jurnalist Fuad Abbasova dəstək məqsədilə Rusiyanın Bakıdakı səfirliyin qarşısında aksiya keçirməyə cəhd edib.

Amma polis aksiya iştirakçılarına maneə yaradıb. Onların səfirliyə daha çox yaxınlaşmasına imkan verilməyib.

Aksiya iştirakçıları F.Abbasova ədalət və azadlıq tələb ediblər. Onlar həmçinin, jurnalistə saxlanarkən polislərin zor tətbiq etdiyini vurğulayaraq, onların cəzalandırılmasını istəyiblər. «Fuada olan təhqir Azərbaycana təhqir deməkdir. Fuad jurnalistdir və haqq sözünü deyib, ona görə ona qarşı belə haqsızlıq edilib», - aksiya iştirakçılarından biri vurğulayıb.

Onlar əlində F.Abbasovu dəstəkləyən plakatları tutaraq «Azadlıq!» şüarı səsləndiriblər.

Aksiya iştirakçıları qətnamələrini səfirliyə təqdim ediblər. Təşkilatçıların deməsinə görə, qətnaməni binanın qarşısında onlardan alan şəxs bildirib ki, Rusiyadakı Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq edirlər, məsələnin qanun çərçivəsində sonunu gözləmək lazımdır. «Həmin şəxs bildirdi ki, qətnaməni səfirə təqdim edəcək», - təşkilatçılar qeyd ediblər.

Bir gün, əvvəl mayın 22-də də Rusiya Federasiyasının Bakıdakı səfirliyindən «Turan» informasiya agentliyinə bildirmişdilər ki, onlar hadisələrin inkişafını izləyirlər və bütün suallar F.Abbasovun hüquqlarını müdafiə edən Rusiyadakı Azərbaycan səfirliyinə ünvanlanmalıdır.

Azərbaycanın rəsmi qurumlarından isə, hələlik, F.Abbasovla bağlı məsələlərə münasibət almaq mümkün olmayıb.

Dünən, mayın 22-də də bir qrup fəal F.Abbasovun müdafiəsi ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi önündə aksiya keçirmişdi.

F.Abbasov
F.Abbasov

Jurnalist F.Abbasovun mayın 16-da Moskva şəhərində saxlandığı bildirilir. Jurnalistin vəkilin sözlərinə görə, F.Abbasova saxlanarkən fiziki zor tətbiq edilib. Vəkilin məlumatına görə, F.Abbasov mayın 28-də Azərbaycana deportasiya oluna bilər. O qeyd edib ki, Moskva Şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin (FSB) iddiası əsasında F.Abbasovun Rusiyada müvəqqəti yaşamaq icazəsini ləğv edib.

Xatırlatma

Jurnalist Fuad Abbasov bir müddətdir ki, Rusiyada yaşayır.

Geniş ictimaiyyət onu 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vuran zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu yalanlamışdı. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist F.Abbasov dəvət olunurdu. F.Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG