Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:59

Ukrayna parlamentinin buraxılması qanunu qüvvəyə minir


Ukrayna parlamenti, 22 may, 2019-cu il
Ukrayna parlamenti, 22 may, 2019-cu il

Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin parlamenti buraxmaq və iyulda növbədənkənar seçki keçirməklə bağlı fərmanı qüvvəyə minib.

Fərman mayın 23-də “Uryadoviy Kuryer” qəzetində dərc olunub. Ukrayna qanunvericiliyinə görə, fərman bu gündən qüvvədədir.

Zelenskiy mayın 20-də andiçmə mərasimində bildirib ki, parlamenti buraxır və ertəsi gün fərman imzalayıb. Parlament seçkisi iyulun 21-nə təyin olunub.

O, seçkinin fərdi namizədlər deyil, partiyalar üzrə keçirilməsini təklif edib, bildirib ki, bəzi mandatların individual namizədlər üzrə bölüşdürüldüyü indiki sistem korrupsiyaya yol açır.

Ancaq Ali Radanın (Verkhovna Rada) mayın 22-də keçirilən fövqəladə iclasında deputatlardan yalnız 92-si bu təklifi müzakirə etməyə səs verib.

Görünür, 21 iyul seçki köhnə sistem üzrə keçiriləcək: deputatların yarısı birmandatlı dairələrdən, yarısı isə partiya siyahıları üzrə seçiləcək. Partiyalar parlamentə düşməkdən ötrü azı 5 faiz səs yığmalıdır.

Dünənki səsvermə deputatlarla siyasətdə yeni olan, parlamentdə rəsmi dəstəyi olmayan Zelenskiy arasında qarşıdurma əlaməti sayıla bilər. Parlamentin növbəti iclası mayın 28-nə təyin olunub.

Qanunvericiliyə uyğun olaraq, növbəti parlament seçkisi oktyabrın 27-də keçirilməliydi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG