Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 15:02

Azərbaycanın şimalında yağış, dolu gözlənir


Yağış

Mayın 24-də günün ikinci yarısında Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz onun mülayim cənub küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında bir elə də yağıntı gözlənmir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 14-18 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG