Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:49

AİHM ermənistanlı əsgərin ölümüylə bağlı qərar çıxardı


AİHM-nin binası

Mayın 23-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ermənistanlı əsgər Gegham Sergoyan -ın hərbi xidmətdə öldürülməsilə bağlı qərar çıxarıb. Məhkəməyə əsgərin atası Robert Mirzoyan müraciət edib.

Gegham Sergoyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmətdə olarkən zabitlərdən biri onun başına atəş açıb. Hadisə 2007-ci ilin aprelində baş verib. Əsgər həmin ilin mayında dünyasını dəyişib.

Zabit 2009-cu ildə 15 illik həbs cəzasına məhkum edilib. Məhkəmə ərizəçinin dövlətdən kompensasiya tələbini təmin etməyib.

AİHM isə bu iş üzrə 15 min avro cərimə kəsib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub. 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG