Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Rusiyalıların 56 faizi homoseksuallara ‘pis’ baxır


Rusiyada LGBT fəallarının yürüşü zamanı saxlananlar, 17 may, 2019-cu il

Rusiyalıların 56 faizi homoseksual oriyentasiyalı adamlara “mənfi” yanaşır, 39 faizi isə “əsasən laqeyd” münasibətdədir. Bunu Levada Mərkəzinin yeni sorğusu üzə çıxarıb.

Rəyi soruşulanların təxminən yarısı deyib ki, geylər və lesbianlar “digər vətəndaşlarla eyni hüquqlardan bəhrələnməlidir”. Bu suala cavablar təxminən eynidir: 47 faiz bu fikirlə razıdır, 43% razı deyil.

LGBT fəalları 1 may yürüşündə
LGBT fəalları 1 may yürüşündə

Homoseksual dostu olanların sayı artıb

Respondentlərin 89 faizi deyib ki, dostları arasında gey, yaxud lesbian yoxdur. Son illər homoseksual dostu olanların sayı nisbətən artıb. İndi 8% respondent belə dostları olduğunu deyir. 2013, 2015 və 2016-cı illərdə cəmi 6 faiz bu sualı müsbət cavablandırmışdı. Sosioloqlar güman edirlər ki, indi adamlar müsahibə götürənlərlə daha rahat danışırlar.

“Dostlarınızdan kiminsə homoseksual olduğunu biləndə neylərdiz?” sualına cavabında 31% deyib ki, münasibəti kəsərdi.

23%həmin şəxsə münasibətini dəyişməyəcəyini bildirib.

22% deyib ki, münasibəti saxlayardı, ancaq dostunun, yaxud rəfiqəsinin həyatının bu hissəsi barədə “eşitmək istəməzdi”.

18% daha az əlaqə saxlayacağını söyləyib.

Homoseksuallara qarşı zorakılıq hallarına gəlincə, respondentlərin 45 faizi bu barədə bilmədiyini deyir. 28% bu halların “geniş yayıldığını” vurğulayıb. Bu haqda ən informasiyalı şəxslər yaşı 25-dən az olanlardır.

Rusiyalıların 27 faizi əmindir ki, seksual oriyentasiya anadangəlmə xüsusiyyətdir, kənar təsirlər altında dəyişmir. Hər iki rusiyalıdan biri (46%) əmindir ki, oriyentasiya ətraf mühitdən, tərbiyədən, həyatda baş verənlərdən asılı olaraq dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG