Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 20:42

Modi-nin partiyası irəlidədir


Hindistanlılar Narendra Modi-nin çıxışını dinləyirlər

Hindistanda altı həftə ərzində keçirilmiş parlament seçkisinin ilki nəticələri Baş nazir Narendra Modi və partiyasının önə çıxdığını göstərir.

Bu seçki Modi ilə bağlı bir referendum sayılırdı. Onun iqtisadi islahatları qarışıq nəticələr versə də, özü populyarlığını saxlayıb.

Mayın 23-də səhərə olan məlumata görə, Bharatiya Janata Partiyası 542 yerlik parlamentdə 294 yeri qazana bilər. Rəqibi olan Hindistan Milli Konqresi isə 50 yeri əldə edə bilər.

Ancaq ölkə üzrə 600 milyon bülleteninin neçə faizinin sayıldığı hələlik, bəlli deyil.

Hindistan Milli Konqresinin regional lideri məğlubiyyəti etiraf etdiklərini deyib.

Ölkənin səhm bazarı ilkin nəticələrə müsbət reaksiya verib. Sensex birjasında 2,3 faiz yüksəliş qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG