Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 11:42

Navalny-nin köməkçisinə 20 sutka həbs kəsilib


Leonid Volkov

Rusiyanın müxalif siyasətçisi Aleksei Navalny-nin köməkçisi ötən sentyabrda Moskvada icazəsiz yürüşün təşkilinə görə 20 sutka həbsə məhkum edilib.

Mayın 22-də axşama doğru Moskva məhkəməsi Leonid Volkovu 9 sentyabr yürüşünü sosial mediada yaymaqla nümayişçiləri zorakılığa təhrik etməkdə təqsirli bilinib. Məhkəmə bildirib ki, nümayişçilər bir avtomobili cızıb, iki polis əməkdaşına yüngül xəsarət yetiriblər.

Volkov Navalny-nin Antikorrupsiya Fondunda layihə meneceridir və 2018-ci ilin prezident seçkisi zamanı onun kampaniyasına rəhbərlik edib.

Navalny həmin seçkiyə buraxılmayıb, onun keçmiş məhkumluqları əsas gətirilib. Özü və tərəfdarları isə sözügedən cinayət işlərinin onu seçkidən kənarlaşdırmaq üçün quraşdırıldığını deyir.

Sentyabrın 9-da Navalny və tərəfdarları hökumətin pensiya yaşını qaldırmaq qərarına kütləvi etirazlar təşkil ediblər.

Onda polis ölkəboyunca mindən çox nümayişçini saxlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG