Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 15:00

AXH-nın mitinqinə razılıq verilməyib


Bakı Şəhər İcra Hakimiyyəti

Saxlananların çoxu buraxılıb

«İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılov istisna olmaqla Azərbaycan Xalq Hərəkatının (AXH) saxlanan bütün üzvləri sərbəst buraxıb».

Bunu AzadlıqRadiosuna qurumun İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay bildirib.

B.Tuncay qeyd edib ki, AXH-nın 20-yə yaxın fəalı saxlanmışdı. «Adları çəkilən iki şəxsin niyə buraxılmaması, onların ətrafında hansı oyun qurulması bizə də aydın deyil», - diyə o vurğulayıb.

B.Tuncay əlavə edib ki, həmin iki nəfərdən başqa, indi aldıqları məlumata görə, AXH Yevlax rayon təmsilçisi Şamil Fərzəlibəyli də saxlanıb Bakıya gətirilir.

Vəkil Yavər Hüseyn isə deyib ki, mayın 18-dən bütün cəhdlərinə baxmayaraq, hüquqlarını müdafiə etdiyi İ.Abdullayev və Y.Mikayılovla görüşə bilməyib: «Nərimanov Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmənin qərar çıxarmasını gözləyirəm, hələlik, bir yenilik yoxdur».

Vəkil və AXH təmsilçilərinin açıqlamalarına, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

+++

«Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin (İH) üzvü olaraq mayın 22-də Bakı Şəhər İcra Hakimiyyətinə dəvət edilmişdim. Orada AXH-nın mayın 25-nə təyin etdiyi mitinqi ilə bağlı müraciətimizə cavab verildi və şəhər icra hakimiyyəti aksiyanın keçirilməsini məqsədəuyğun saymadı».

Bunu AXH İdarə Heyətinin üzvü, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib. Onun sözlərinə görə, şəhər icra hakimiyyəti aksiyaya icazə verilməməsini belə əsaslandırıb ki, Qarabağ probleminin Azərbaycanın milli maraqları baxımından həll olunmasından ötrü Prezident danışıqlar aparır, bu danışıqlar beynəlxalq və yerli kütləvi informasiya vasitələrində hərtərəfli işıqlandırılır.

AXH İH-nin üzvü vurğulayıb ki, amma aksiya təkcə Qarabağ problemi ilə bağlı deyildi: «Ölkədəki iqtisadi, sosial durumla da bağlı idi. Burada da AXH-nın deməyə kifayət qədər sözü vardı. Əlbəttə, biz hərəkat olaraq hakimiyyətin bu mövqeyini əsassız sayırıq. Əslinə qalarsa, hakimiyyət bu addımı ilə ölkə vətəndaşlarının sərbəst toplaşmaq hüququnu tanımadığını nümayiş etdirib».

A.Şakiroğlu deyib ki, hərəkatın saxlanan üzvləri də buraxılmayıb: «Mayın 18-dən bəri AXH İdarə Heyətinin bəzi üzvləri, eləcə də fəallar saxlanıb...».

A.Şakiroğlu əlavə edib ki, vəkil Y.Hüseyn hələ də hüquqlarını müdafiə etdiyi AXH İdarə Heyətinin üzvləri - İlyas AbdullayevYavər Mikayılovla görüşə bilməyib. Saxlananların sayının onlarla olduğu iddia edilsə də, bunu hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

AXH-dən verilən açıqlamaya, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Rəsmilər, bir qayda olaraq, ölkədə fundamental azadlıqların qorunduğunu vurğulayırlar. Onların bildirməsinə görə, Azərbaycanda heç kim dinc, sivil siyasi fəaliyyətinə görə həbs və təzyiqlərlə üzləşmir

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-sı təsis olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG