Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:33

Britaniya Rusiyanın hakerlik cəhdlərini necə önləyib


İllüstrativ foto
İllüstrativ foto

Britaniya 16 NATO müttəfiqi ilə Rusiyanın kiber fəaliyyəti ilə bağlı informasiya paylaşıb, son bir il yarımda onların özlərinə qarşı ziyanlı təhdidləri önləməsinə kömək edib. Bu açıqlamanı bu gün – mayın 23-də Xarici işlər naziri Jeremy Hunt verəcək. Xəbəri “Frans Pres” və digər media orqanları yayıb.

Hunt Londonda NATO Kiber Müdafiə Öhdəliyi Konfransında çıxış edəcək. Onun Rusiyanın kəşfiyyat xidmətlərini vacib infrastrukturu hədəfləyən “qlobal kampaniya”nı gücləndirməkdə ittiham edəcəyi gözlənir.

Tədbirə NATO rəhbəri Jens Stoltenberg və alyans səfirlərinin qatılacağı gözlənir.

Seçkiyə müdaxilədən də danışacaq

“Bu qlobal kampaniyanın məqsədi mərkəzi hökumət şəbəkələrinə zərbə vurmaqdır”, – nazir xəbərdarlıq edəcək. Media onun çıxışının mətnindən sitatlar yayır.

Jeremy Hunt (solda)
Jeremy Hunt (solda)

Ötən il İngiltərənin Solsberi şəhərində rusiyalı keçmiş casus Sergei Skripal və qızı zəhərlənəndən sonra Londonla Moskvanın münasibətləri pisləşib.

Hunt onu da deyəcək ki, Birləşmiş Ştatlar və Ukraynada seçkilərə müdaxilə cəhdləri “beynəlxalq hüququn pozulmasıdır və ona müvafiq cavab verilməlidir”.

Stoltenberg isə çıxışında xəbərdarlıq edəcək ki, kiberhücumlar “iqtisadiyyatlarımıza, demokratiyalarımıza zərbə vura bilər, hərbi gücümüzdə qüsur yaradar”.

NATO rəhbəri alyansın kiber təhdidlərlə mübarizə üçün resurslarını gücləndirdiyini də vurğulayacaq.

NATO-nun 29 üzv ölkəsinin milli təhlükəsizlik müşavirləri isə gələn həftə alyansın Brüsseldəki qərargahında bir araya gələcəklər.

2016-cı ildə Varşava sammitində NATO milli kiber müdafiəni gücləndirmək vədi verib. Elə həmin sammitdə hər il Kiber Müdafiə Öhdəliyi Konfransı keçirməyə razılaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG