Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 10:47

“Amerikan talibançı” 17 ildən sonra azadlığa çıxır


John Walker Lindh

Əfqanıstanda Taliban qruplaşması üçün savaşarkən saxlanmış amerikalı John Walker Lindh mayın 23-də həbsxanadan buraxılmalıdır. O, 2001-ci ilin noyabrında saxlanmışdı.

Amerikalı talibançı adlanan 38 yaşlı Lindh İndiana ştatında yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü həbsxanada saxlanırdı. Ona əslində, 20 il həbs kəsilmişdi, yaxşı davranışına görə üç il tez çıxır.

Kaliforniyada doğulmuş Lindh 16 yaşında islamı qəbul edib və 2001-ci ilin ortalarında Talbana qoşulub.

Birləşmiş Ştatlar 2001-ci ilin 11 sentyabr terrorundan sonra Əfqanıstana tutanda Lindh ələ keçirilmiş yüzlərlə talibançı döyüşçüdən biri olub.

ABŞ-ın KNBC televiziyasının bugünlərdə yaydığı məlumata görə, Lindh-dən aldığı həbsxana məktublarında o, İslam Dövlət qruplaşmasını tərifləyir və özünü siyasi məhbus adlandırır. Ancaq 2014-2015-ci illərə aid məktubların niyə indi yayıldığı bəlli deyil.

Həbsxanada İrlandiya vətəndaşlığı qəbul etmiş Lindh pasport ala, xaricə gedə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG