Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 13:56

Keçmiş baş nazir müavini saxlanıb


Aziz Batukaev

Qırğızıstanın keçmiş baş nazir müavini Shamil Atakhanov 2013-cü ildə ölkənin ən məşhur kriminal boslarından birinin vaxtından qabaq həbsdən buraxılmasıyla əlaqədar saxlanıb.

Daxili İşlər Nazirliyinin mayın 21-də bildirməsinə görə, Atakhanov barədə həbs qətimkan tədbiri seçilib, Aziz Batukaev-in “qanunsuz erkən buraxılması”nda əli olmaqda şübhəli bilinir.

Batukaev-ə 2013-cü ildə leykoz diaqnozu qoyularaq vaxtından qabaq buraxılanda Atakhanov baş nazirin müavini postunda idi.

Sonradan bu diaqnozun saxta olduğu üzə çıxdı.

Daxili İşlər Nazirliyi ötən həftə keçmiş səhiyyə naziri Dinara Sagynbaeva və Dövlət Penitensiat Xidmət başçısının keçmiş müşaviri Kalybek Kachkynaliev-in də saxlandığını bildirib.

Ötən həftə məsələyə yardımda şübhəli bilinən dörd həkim də saxlanıb.

Batukaev-in buraxılması ölkədə qalmaqal yaratmış, Atakhanov və ölkə ombudsmanı işdən çıxarılmışdı.

Etnik çeçen olan Batukaev 2006-cı ildə 17 illik həbsə məhkum edilmişdi. O, bir deputatın və Daxili İşlər Nazirliyinin rəsmisinin qətli daxil olmaqla, bir neçə ağır cinayətdə təqsirli bilinmişdi.

Batukaev həbsdən buraxılan kimi Çeçenistana gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG