Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:55

Suriyada kimyəvi hücumdan şübhələnirlər


Ötən ilin aprelində Duma şəhərinə kimyəvi silah hücumu olunduğu bildirilirdi
Ötən ilin aprelində Duma şəhərinə kimyəvi silah hücumu olunduğu bildirilirdi

Birləşmiş Ştatlar Suriya hökumət qüvvələrinin yeni kimyəvi hücum gerçəkləşdirməsindən şübhələndiyini bildirib.

Dövlət Departamentinin mayın 21-də verdiyi bəyanata görə, mayın 19-da Suriya müxalifətin sığındığı İdlib vilayətinə şübhəli xlor qazı hücumu araşdırılır.

Departamentin sözçüsü Morgan Ortagus deyib ki, əgər Suriya Prezidenti Bashar al-Assad hökuməti “kimyəvi silahdan istifadə edirsə, Birləşmiş Ştatlar və müttəfiqləri buna dərhal və müvafiq reaksiya verəcək”.

Ortagus Dəməşqin əsas müttəfiqi olan Rusiyanı “dezinformasiya kampaniyası” aparmasına, kimyəvi hücumlara görə müxalif üsyançıları günahlandırmasına görə tənqid edib.

Suriyada üsyançılar, arxiv fotosu
Suriyada üsyançılar, arxiv fotosu

Rusiya nə deyir

Rusiya ordusunun Suriyadakı Barışıq Şurasının rəhbəri Viktor Kupchishin mayın 21-də deyib ki, Suriya hərbçilərinin ələ keçirdiyi yaraqlılar saxta kimyəvi hücumlar səhnələşdirərək bunu hökumət qüvvələrinin üstünə yıxmaq planından danışıblar.

Onun iddiasına görə, silahlılar zəhərli agentlərin hazırlanaraq yığıldığı xüsusi “kimyəvi qanad” hazırlayıblar.

Rusiya və üsyançıların əsas müttəfiqi olan Türkiyə sentyabrda İdlibdə neytral zona yaratmağa razılaşıblar.

Ancaq islamçı qrupların törəməsi olan Tahrir al-Sham vilayətdə böyük ərazilər ələ keçirib və bu da hava və quru hücumlarına səbəb olub. Bu qruplaşmada üstünlük 2016-cı ilədək Al-Qaeda-nın qanadı olmuş Nusra Cəbhəsinin əlindədir.

Ankara narahatdır ki, cənub sərhədində yerləşən İdlibə irimiqyaslı hücum Türkiyə torpağına böyük qaçqın axınına səbəb olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG