Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

'Leş maşın'ların axını-Media icmalı


O.Gündüz
O.Gündüz

Avropa Liqası Kubokunun Cocuq Mərcanlıya gətirilməsi, ölkədə standartlaşdırma ilə bağlı vəziyyət, avtomobil bazarındakı durum və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

Komitənin keçmiş işçiləri...

Yenisabah.az saytında «Nazirlik bu dəfə lap «gül» vurub» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə standartlaşdırma sahəsindəki vəziyyəti Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə müzakirə edib.

O.Gündüz Azərbaycanda standartlaşdırma ilə məşğul olan qurumun olmadığını deyərək vaxtilə bu sahədə fəaliyyət göstərən Komitənin ləğv edildiyini vurğulayıb.

O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) bu yaxınlarda Ümumdünya İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçirdiyini bildirərək əlavə edib ki, bu sayaq tədbirlər mənasızdır: «Problem isə ondan ibarətdir ki, indiki anda ölkədə standartlaşdırma səlahiyyətlərinə malik olan qurum faktiki olaraq mövcud deyil və nə qədər qəribə olsa da, bir ildir ki, vəziyyət beləcə də davam etməkdədir».

Müəllif vurğulayıb ki, 2018-ci il aprelin 20-də «İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» prezident fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Yazıda bildirildiyinə görə, standartlaşma ilə bağlı səlahiyyətlər yeni yaranan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib, amma bu agentliyin indiyədək nə strukturu, nə də əsasnaməsi təsdiq edilib, qurum faktiki olaraq köhnə əsasnamə və köhnə struktur əsasında fəaliyyət göstərir.

Müəllif habelə qeyd edib ki, komitənin keçmiş işçiləri isə 1 ildir ki, evlərində oturub yeni strukturun yaradılmasını gözləyirlər.

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

«Metal tullantılar»

Modern.az saytında «Azərbaycanda avtomobil parkı: Xəstəlik, ölüm mənbəyi… - «Leş maşınlar»ın axını» sərlövhəli yazı yer alır.

Yazıda bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da avtomobillərin sayı artır, bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Müəllif hesab edir ki, bu məsələnin həllində ən önəmli addımlardan biri avtomobil parkının yenilənməsidir, bununla bağlı dünyada tələblər sərtləşdirilir: «Artıq Avropada dizel yanacağı ilə işləyən avtomobillərə, istifadə müddəti ötmüş maşınlara qadağalar tətbiq edilir. Çünki bu tip avtomobillər ətraf mühiti daha çox məhv edir, xərçəng riskini yüksəldir, qəzalarda ölüm halları daha çox olur və s.».

Azərbaycana gəlincə isə, müəllif ekspertlərə istinadən bildirib ki, bununla bağlı müəyyən addımlar atılsa da, bunlar yetərli deyil.

Yazıda qeyd edilib ki, ölkəyə yeni minik avtomobillərinin gətirilməsi azalır: «Statistikalara nəzər salanda görürük ki, 2015-ci ildə ölkəyə 20801 yeni avtomobil alınmışdısa, bu rəqəm 2018-ci ildə 9782-ə düşüb. İkinci əl avtomobillərin satış rəqəmlərinə baxdıqda isə, bunun əksini müşahidə edirik. Belə ki, 2015-ci ildə 1475 satış olub, 2018-ci ildə bu rəqəm sürətlə artaraq 16495-ə çatıb».

Müəllifə görə, daha təhlükəli bir məsələ ölkəyə gətirilən dizellə işləyən avtomobillərdir: «2018-ci ildə Azərbaycana 7845 avtomobil idxal olunub. Bu avtomobillərdən 40 faizinin orta idxal dəyəri cəmi 4601 dollar təşkil edir ki, həmin qiymətə ancaq təhlükə mənbəyi olan «metal tullantı» almaq mümkündür».

106.3 radiosunda «Masterclass» verilişinin aparıcısı Raqif Raufoğlu sayta deyib ki, hazırda xaricdən gətirilən avtomobillər ölkədə təkrar bazarı köhnəldir: «Çünki yeni avtomobillərin qiymətləri bahadır. Yeni avtomobillərin qiyməti bahadır deyə, biz təkrar köhnə avtomobillərə qayıdırıq. Yeni maşınlarla bağlı mütləq güzəştlər lazımdır ki, adamlar onu ala bilsinlər. Kredit şərtləri sərf eləmir deyə, hamı gedib köhnə avtomobil gətirməyə çalışır. O mənada avtomobil parkımız köhnəlməyə doğru gedir».

Avropa Liqası Kuboku
Avropa Liqası Kuboku

Avropa Liqasının Kuboku Cocuq Mərcanlıda

Rəsmi dövlət saytı olan AZƏRTAC-da isə «UEFA Avropa Liqasının Kuboku Cocuq Mərcanlıda» sərlövhəli məlumat dərc edilib.

Məlumatda qeyd edilib ki, UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının Kubokunu görmək imkanı yaradan kubok turu keçirib: «Kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva və Parisi əhatə edib. Kubokun son dayanacaq məntəqəsi isə final oyununun keçiriləcəyi Azərbaycan olub».

Saytın bölgə müxbiri yazıb ki, UEFA Avropa Liqasının Kuboku Azərbaycanın bölgələrində də nümayiş olunur: «Avropa Liqasının Kuboku Gəncə şəhərindən sonra mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib. Avropa Liqasının Kubokunu yaxından görmək və şəkil çəkdirmək istəyən kənd sakinləri, futbol azarkeşləri üçün «Qayıdış» parkında şəkil zonası, «Qarabağ» klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub».

Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalında İngiltərənin «Arsenal» və «Çelsi» komandaları qarşılaşacaq.

XS
SM
MD
LG