Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:24

Trump iyunda İrlandiyaya gedəcək


Donald Trump

ABŞ Prezidenti Donald Trump həyat yoldaşı Melania ilə Britaniya və Fransaya səfər zamanı İrlandiyaya da gedəcəklər. Məlumatı Ağ ev yayıb.

Trump Avropa səyahəti zamanı İrlandiyaya getməklə bağlı həmin ölkənin Baş naziri Leo Varadkar-ın dəvətini qəbul edib.

İrlandiyanın Şannon şəhərindən 60 kilometr qərbdə yerləşən Dunbeq kəndində Trump-ın qolf meydançası var.

İyunun 3-5-də Trump həyat yoldaşı ilə Britaniya Kraliçası Yelizavetanın qonağı olacaq. Prezident Baş nazir Theresa May ilə də görüşəcək.

O, iyunun 6-da 2-ci Dünya müharibəsi dövründə Normandiya əməliyyatının 75-ci ildönümü tədbirlərinə qatılacaq.

Trump mərasimlərdən sonra Fransa Prezidenti Emmanuel Macron ilə görüşəcək.

XS
SM
MD
LG