Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

Seçki qabağı borcların bağışlanmasını istəyirlər


Almatıda etirazçılarlar Nur-Otan partiyasında söhbət aparılıb, 21 may, 2019-cu il
Almatıda etirazçılarlar Nur-Otan partiyasında söhbət aparılıb, 21 may, 2019-cu il

Qazaxıstanda əsasən qadınlar olmaqla onlarla adam borcların bağışlanmasını, problemli ipotekası olanlara, azgəlirli ailələrə, tək analara maliyyə yardımı tələb ediblər. Etiraz nümayişi gələn aya planlaşdırılan növbədənkənar prezident seçkisi öncəsi keçirilib.

Etirazçılar mayın 21-də Qazaxıstanın ən böyük şəhəri olan Almatıda hakim Nur-Otan partiyasının qarşısına yığışıblar.

Ölkəni 30 ilədək idarə etmiş Nursultan Nazarbaev martda istefa verib. Ancaq 78 yaşlı Nazarbaev Nur-Otana sədrliyini saxlayır, hakimiyyətin aralıq dövr prezidenti Qasym-Zhomart Toqaev-ə rahat şəkildə ötürülməsinə nəzarət edir. Toqaev-in iyunun 9-na təyin olunmuş seçkini udacağı görünür.

Qasym-Zhomart Toqaev (solda) və Nursultan Nazarbaev
Qasym-Zhomart Toqaev (solda) və Nursultan Nazarbaev

Məhkəmə islahatları tələb ediblər

Nümayişçilərin fikrincə, inflyasiya səbəbindən azgəlirli ailələrin və qlobal maliyyə böhranından öncə, 2004-09-cu illərdə ipoteka götürmüş ailələrin borcu tamamilə bağlanmalıdır.

Etitarçılar həmçinin seçkidən öncə vətəndaşların məhkəmələrdə hüquqlarının müdafiəsini gücləndirəcək məhkəmə islahatlarına çağırıblar.

Nur-Otan təmsilçiləri etirazçıların tələblərini hökumətin diqqətinə çatdıracaqlarını vəd ediblər.

Təxminən bir həftə öncə onlarla qadın paytaxt Nur-Sultanda etiraza çıxaraq sosial müavinətləri artırmağa çağırıb.

Bu il fevralın əvvəlində paytaxtda bir evin yanması nəticəsində beş uşaq ölmüşdü, hadisə valideynlərin hər ikisi gecə növbəsində olarkən baş vermişdi. O vaxtdan ölkədə həyat şəraitinə bir neçə etiraz aksiyası keçirilib.

Tənqidçilər Nazarbaev-in narazıları susdurduğunu, təməl insan haqlarını təmin etmədiyini, hakimiyyətini uzatmaqdan ötrü demokratik proseslə manipulyasiya etdiyini deyir. 1991-ci ildə Qazaxıstan müstəqillik əldə edəndən heç bir seçki beynəlxalq müşahidəçilər tərəfindən “azad və demokratik” qiymətini almayıb.

Nazarbaev Təhlükəsizlik Şurasına sədrliyini, “elbaşı” titulunu da saxlayır.

XS
SM
MD
LG