Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:33

Pentaqon İran təhlükəsinin ‘indilik dayandırıldığını’ deyir


Patrick Shanahan
Patrick Shanahan

Birləşmiş Ştatların iddia olunan İran təhlükəsinə reaksiyası Tehranın potensial hücumunu indilik dayandırıb. Bu bəyanatı ABŞ müdafiə nazirinin əvəzi Patrick Shanahan mayın 21-də Pentaqonda verib:

"Fikirimcə bizim addımlarımız çox düşünülmüş idi və biz amerikalılar üzərinə potensial hücumları indilik dayandırmışıq və son dərəcə mühüm olanı budur”.

O əlavə edib ki, “təhlükə ehtimalı hələ də yüksək olaraq qalır və bizim işimiz iranlıların tərəfindən səhv bir hərəkətə yol verilməyəcəyindən əmin olmaqdır”.

Mayın 21-də Shanahan, dövlət katibi Mike Pompeo Birləşmiş Hərbi Qərargahlar Komitəsinin sədri Joseph Dunford ABŞ millət vəkillərinə İranla bağlı ifadə verməlidirlər.

Tehran və Vaşinqton arasında münasibətlər ötən il Trump ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra gərginləşib.

Bundan sonra ABŞ İran üzərinə sanksiyalarını bərpa edib.

Donald Trump administrasiyasının rəsmiləri son həftələrdə Birləşmiş Ştatların iştirakı ilə hərbi münaqişənin yer ala biləcəyindən narahatlıq ifadə edirdilər.

Vaşinqton Yaxın Şərqə, İrana yaxın sulara hərbi gəmilər göndərmişdi və İrandan Amerika maraqlarına “real təhlükə” olduğunu bildirirdi.

Tehran ABŞ-ın bu iddialarını dəfələrlə rədd edib.

Hər iki tərəf müharibə istəmədiyini bildirib.

Rohani: 'İndi bizə belə qurumlar lazımdır'

İran Prezidenti Hassan Rohani deyir ki, Birləşmiş Ştatların ölkəsinə qarşı apardığı “iqtisadi müharibə” ilə məşğul olmaqdan ötrü genişləndirilmiş, hərbi qurumlar lazımdır.

Son bir ildə Tehranla Vaşinqtonun münasibətləri pisləşib. ABŞ Prezidenti Donald Trump İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu elan edib.

Birləşmiş Ştatlar Tehrandan “təhdidlər”in gəldiyini desə də, İran iddianı rədd edir.

Rohani İraqla 1980-88-ci illər müharibəsini yada salıb, o zaman Ali Müharibə Şurası digər qurumlardan yan keçərək iqtisadiyyat, hərbi fəaliyyətlə bağlı qərarlar verirdi.

“Bizə indi belə qurumlar lazımdır”, – Rohani mayın 20-də deyib. Xəbəri rəsmi IRNA agentliyi yayıb.

Prezident Vaşinqtonla gərginliyin danışıqlar və diplomatiya yoluyla azaldılmasının tərəfdarı olduğunu deyib, ancaq indiki şərtlərlə deyil.

“Bugünkü vəziyyət danışıqlar üçün uyğun deyil və seçimimiz yalnız müqavimətdən ibarətdir”, – Rohani vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG