Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:51

Dağlıq ərazilərə dolu düşə bilər


Yağış

Mayın 22-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da mayın 22-də havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG