Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Deputatın sualı: Statistika sədri bazara gedir, ya yox?


V.Əhmədov

«Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir, ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss etməmişəm. Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıblar. Danışanda elə danışmaq lazımdır ki, inandırıcı olsun».

Report-un xəbərinə görə, bunu bu gün, mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında «2018-ci il dövlət büdcəsinin icrası haqqında» Qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O, Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan rəsmi göstəricinin reallığı əks etdirmədiyini vurğulayıb.

Xatırlatma

Bir həftə əvvəl, mayın 13-də Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ilə bağlı açıqlama yaymışdı. Orada qeyd olunurdu ki, 2018-ci ilin eyni dövrünə nisbətən 2.4 faiz bahalaşma var. DSK habelə vurğulanırdı ki, bu ilin aprelində marta nisbətən qarabaşaq yarmasının, təzə balığın, südün, yumurtanın, bananın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, quru noxud və lobyanın, mərcinin qiymətlərində ucuzlaşma müşahidə olunub. Bundan başqa, soyuducuların, paltaryuyan maşınların, fotoaparatların, televizorların, kondisionerlərin və planşet tipli kompüterlərin də ucuzlaşdığı açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG