Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 11:17

Navalny-nin köməkçisi saxlanıb


Leonid Volkov

Rusiyada müxalif siyasətçi Aleksei Navalny-nin silahdaşı saxlandığını və icazəsiz yürüşlərin təşkilində ittiham olunduğunu deyir.

Leonid Volkov mayın 21-də tvitində yazıb ki, Moskvada polis onun maşınını saxlayaraq “qəribə suallar” verməyə başlayıb.

Volkov sentyabrda hökumətin pensiya yaşını qaldırmaq qərarına etiraz olaraq təşkil etdiyi aksiyaya görə ittiham olunduğunu deyir. O, ictimai tədbirlərin keçirilməsi qaydalarını dəfələrlə pozmaqda suçlanır.

Volkov Navalny-nin Antikorrupsiya Fondunda layihə meneceridir və 2018-ci ilin prezident seçkisi zamanı onun kampaniyasına rəhbərlik edib.

Navalny həmin seçkiyə buraxılmayıb, onun keçmiş məhkumluqları əsas gətirilib. Özü və tərəfdarları isə sözügedən cinayət işlərinin onu seçkidən kənarlaşdırmaq üçün quraşdırıldığını deyir.

Sentyabrın 9-da Navalny və tərəfdarları hökumətin pensiya yaşını qaldırmaq qərarına kütləvi etirazlar təşkil ediblər.

Onda polis ölkəboyunca mindən çox nümayişçini saxlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG