Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 11:29

Joko Widodo yenidən İndoneziyanın prezidenti seçilib


Joko Widodo və birinci xanım Iriana Joko Widodo

İndoneziya Prezidenti Joko Widodo ötən ay keçirilmiş seçki zamanı yenidən bu posta seçilib. Baş Seçki Komissiyası mayın 21-də bildirib ki, o, səslərin 55,5 faizini yığıb.

Widodo istefada olan general Prabowo Subianto-nu məğlub edib.

260 milyon əhalisi olan bu ölkədə aprelin 17-də baş tutmuş seçkinin nəticəsi mayın 21-də rəsmən elan olunmalıydı. Ancaq mümkün iğtişaşlar, nəticələrə küçə etirazları sarıdan qorxu rəsmiləri nəticələri sakitcə açıqlamağa vadar edib.

67 yaşlı Subianto deyirdi ki, Widodo-nun qələbəsini mübahisələndirəcək. O, seçkidə genişmiqyaslı saxtakarlıq baş verdiyini iddia etmiş, küçə etirazları keçiriləcəyini demişdi.

Polis isə mayın 17-də bildirib ki, seçki nəticələri elan olunan zaman keçiriləcək siyasi nümayişlərdə bomba partlatmağı planlaşdıran, İslam Dövləti qruplaşmasına bağlı şübhəli terrorçular saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG