Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 10:39

Formula 1 çempionu Niki Lauda vəfat edib


Bakıda Formula 1 yarışları, arxiv fotosu

Üçqat Formula 1 çempionu Niki Lauda uzun sürən xəstəlikdən sonra 70 yaşında dünyasını dəyişib.

Ailənin sözçüsü avstriyalı idmançının mayın 20-də ailəsinin əhatəsində, yuxuda vəfat etdiyini bildirib.

Lauda-ya ötən il ağciyər köçürülmüşdü. O, yanvarda qripə görə xəstəxanada yatmışdı. Öncəki illər ona iki dəfə böyrək köçürülüb.

Lauda 1975 və 1977-ci illərdə Ferrari komandasının, 1984-cü ildə isə McLaren-in tərkibində dünya çempionluğu qazanır, bir il sonra yarışlardan çəkilir.

1976-cı ildə Almaniya Qran Prisi yarışlarında qəza zamanı Lauda başından ağır zərbə alır, ağciyərləri zəhərlənir.

O, 1979-cu ildə yaratdığı Lauda Air hava yolları şirkətini 1990-cı illərdə satır.

Günün bütün mövzuları

XS
SM
MD
LG