Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:05

Qeydiyyatda olan işsizlər artıb


Azərbaycanda nə qədər işsiz var?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Azərbaycanda nə qədər işsiz var?

2019-cu il mayın 1-nə Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 46 min 880 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bu, qeydiyyatda olan işsizlərlə bağlı son illərdə ən yüksək rəqəmdir. Əvvəlki illərdə bu rəqəm 30 mindən bir qədər çox göstərilirdi.

Eyni zamanda, hökumət bu ilin birinci rübündə təxminən 54 min yeni iş yerinin açılması barədə məlumat yayıb.

Yalnız ötən ay vətəndaşların məşğulluq orqanlarında 7.5 minə yaxın aktiv iş axtaran uçota alınıb.

Qeydiyyata alınan işsizlərin 21 min nəfəri Bakının payına düşür.

İşsizlərə verilən aylıq müavinətlər 230 manatdan çoxdur.

Amma ekspertlər işsizlərin sayı ilə bağlı rəsmi statistikaya şübhə ilə yanaşırlar. Məsələn, 400 mindən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasında bir işsizin belə qeydiyyatda olmadığı bildirilir. Halbuki, muxtar respublika sakinlərinin bildirməsinə görə, onlardan bir çox insanlar iş ardıyca qonşu Türkiyəyə üz tutublar.

Hökumət rəsmiləri iddia edirlər ki, Azərbaycanda işsizlərin sayı 5 faizdir. Amma müstəqil ekspertlərə görə, bu rəqəm qeyd ediləndən dəfələrlə çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG