Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:13

Gürcüstanda seçkini hakim partiyanın namizədləri udur


Marneulidə seçki
Marneulidə seçki

Gürcüstanda təkrar yerli seçkiləri hakim Gürcü Arzusu partiyasının namizədləri udur, ilkin nəticələr bunu deməyə əsas verir.

Seçicilər mayın 19-da bir deputatı, beş meri, səkkiz şəhər şuralarının üzvlərini seçməkdən ötrü məntəqələrə gediblər.

2020-ci ildə isə ölkədə parlament seçkiləri planlaşdırılır.

Mərkəzi seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Gürcü Arzusu-nun namizədləri beş mer seçkisində səslərin 50 faizindən çoxunu qazana biliblər. Onlar müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasından opponentlərini məğlub ediblər.

Paytaxt Tbilisinin Mtatsminda rayonundan deputat seçkinin ikinci raundunda seçiləcək keçiriləcək. Gürcü Arzusundan Lado Kakhadze 41 faiz səs yığıb, müxalifətdə olan Avropa Gürcüstanı partiyasından 37 faiz səs yığmış Shalva Shavgulidze ilə yarışacaq.

Sandra Roelofs səs verir
Sandra Roelofs səs verir

Saakashvili-nin həyat yoldaşı uduzub

Ölkənin qərbindəki Zuqdidi şəhərində keçmiş prezident Mikheil Saakashvili-nin xanımı Sandra Roelofs mer postuna namizədliyini vermişdi. Ancaq o, Gürcü Arzusunun namizədi Gega Shengelia-ya uduzub.

Gürcü Arzusu-nun tərəfdarları Rustavi 2 telekanalının rəhbəri, Saakashvili tərəfdarı Nika Gvaramia ilə əlbəyaxa olub. Tərəflər insidentə görə bir-birini günahlandırıb.

Saakashvili-nin Vahid Milli Hərəkat partiyasına ölkənin qərb regionlarında dəstək güclüdür.

Saakashvili hazırda həyat yoldaşının vətəni olan Niderlandda yaşayır.

Vahid Milli Hərəkat 2012-ci ildə hakimiyyətdən gedəndən ölkəni Gürcü Arzusu idarə edir.

Ötən il Gürcüstan məhkəməsi Saakashvili-ni qiyabi olaraq üç il həbs cəzasına məhkum edib. O, 2006-cı ildə gürcü bankirin qətlilə əlaqədar dəlili ört-basdır etməkdə təqsirli bilinib.

Keçmiş prezident ittihamları rədd edib, siyasi motivli adlandırıb.

XS
SM
MD
LG