Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Türkiyə mediası: Sərhəddə Naxçıvan yük maşını vurulub


Dilucu sərhəd postu (Foto arxivdəndir)
Dilucu sərhəd postu (Foto arxivdəndir)

Dünən, mayın 16-da Türkiyədən yanacaq daşıyan Azərbaycana məxsus yük maşınının vurulduğu bildirilir.

Türkiyənin “Anadolu” agentliyinin xəbərinə görə, hadisə bu ölkənin ərazisində Dilucu Gömrük Məntəqəsinin dayanacağında baş verib

Turkiyənin ayrı-ayri media orqanlarında yer alan iddialara görə, Naxçıvan Muxtar Respublikasına keçmək istəyən Azərbaycan dövlət nömrə nişanlı yük maşını “İran tərəfindən terrorçuların” açdığı atəş nəticəsində alovlanıb.

Hadisə zamanı sürücünün maşında olmadığı, bir nəfər gömrük əməkdaşının xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. Yanğının söndürüldüyü qeyd olunur.

Türkiyə media orqanlarının yaydığı məlumata görə, baş verənlərlə bağlı təhlükəsizlik qüvvələri geniş əməliyyat keçiriblər.

Türkiyə ərazisində Naxçıvan Muxtar Respublikası sakininə məxsus yük avtomobilində yanğın baş verməsinə Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev də münasibət bildirib.

Nuru Quliyev AZƏRTAC-a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb, xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Məlumatda faktla bağlı təhqiqat aparıldığı, Azərbaycanın Qarsdakı baş konsulluğunun prosesi nəzarətdə saxladığı bildirilir. Partlayışın baş vermə səbəbinin araşdırıldığı qeyd olunur.

XS
SM
MD
LG