Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 05:30

100 min manat ver, Azərbaycanda yaşa


Pul

Azərbaycandakı banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat pul qoyan xarici şəxsə bu ölkədə yaşamaq icazəsi veriləcək.

«Report» xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə əlavə edilməsi təklif olunur.

Bu şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanı 3 iş günündə aidiyyəti banka göndərməlidir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günündə məlumat verəcək.

Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirə edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG