Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Zarif nüvə sazişini xilas etməkdən ötrü ‘konkret addım’ atmağa çağırır


Mohammad Javad Zarif (ortada) çinli həmkarı ilə görüşür
Mohammad Javad Zarif (ortada) çinli həmkarı ilə görüşür

İranın Xarici işlər naziri Mohammad Javad Zarif Çin, Rusiya və digər “tərəfdaşları” 2015-ci il nüvə sazişini qorumaqdan ötrü “konkret addım” atmağa çağırıb. Birləşmiş Ştatlar bir il öncə sazişdən çıxıb.

Zarif mayın 17-də Pekinə gedib. O, çinli həmkarı Wang Yi ilə görüşməlidir.

Vaşinqton ötən ilin mayında sazişdən çıxaraq İrana sanksiyaları bərpa edib. Tehran isə ötən həftə bildirib ki, saziş çərçivəsindəki bəzi öhdəliklərinin icrasını dayandırır və məqsədi qalan tərəfləri İranı sanksiyalardan qorumağa məcbur etməkdir.

“İqtisadi əlaqələr normallaşdırılmalıdır”

“İndiyədək beynəlxalq ictimaiyyət sazişi xilas etmək əvəzinə bəyanatlar verib. Hansı praktik addımın atılmalı olması tamamilə aydındır: İranla iqtisadi əlaqələr normalaşdırılmalıdır. Sazişdə bu məsələ aydın göstərilib”, – IRNA agentliyi Zarifə istinadla yazır.

Zarif Çindən öncə Yaponiya və Hindistanda olub.

Bu ayın əvvəlində ABŞ administrasiyası Çin, Yaponiya, Hindistan və daha altı neft idxalçısına sanksiyalardan möhləti uzatmayıb.

Üstəlik, Vaşinqton Yaxın Şərqdə hərbi iştirakını gücləndirir, İrandan “təhdid” siqnallarının gəldiyini iddia edir. İran isə iddiaları rədd edib.

Zarif Tokioda demişdi ki, gərginliyin azaldılması üçün Birləşmiş Ştatlarla danışıq “imkanı yoxdur”.

Trump-ın fikrincə, bu saziş İranın nüvə silahları hazırlamasını önləməyə yetərli deyil, İranın raket proqramını, Tehranın regiondakı yaraqlılara “dəstəyini” əhatələmir.

İran yaraqlıların fəaliyyətini dəstəkləmədiyini deyir, nüvə proqramının sırf mülki enerji məqsədi daşıdığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG