Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:58

Tanınmış memar vəfat edib


Ieoh Ming Pei

Dünyaca məşhur arxitektor I.M. Pei mayın 17-nə keçən gecə 102 yaşında dünyasını dəyişib. Məlumatı “The New York Times” oğlu Chien Chung Pei-yə istinadla yayıb.

Pei Fransada Luvr muzeyinin qarşısındakı şüşə piramida, Klivlenddə “Rock and Roll” Şöhrət Zalının müəllifidir.

Çində tanınmış bankir övladı olan Ieoh Ming Pei 1935-ci ildə Birləşmiş Ştatlara gedib. O, Massaçusets Texnologiya İnstitutu və Harvard Universitetində oxuyub. Bir müddət ABŞ hökuməti üçün çalışandan sonra 1948-ci ildə Nyu Yorkda bir developer şirkəti üçün işləyib, 1955-ci ildə öz şirkətini qurub.

Tanınmış arxitektor Vaşinqtondakı Milli İncəsənət Qalereyasının şərq korpusunun, Honkonqda Bank of China Tower göydələninin də layihələrini hazırlayıb. Bostonda John Kennedy kitabxanası, Nyu Yorkda JPMorgan Chase bankının binası da onun adıyla bağlıdır.

Pei 1983-cü ildə Pritzker Memarlıq Mükafatına layiq görülüb. O zaman mükafat aldığı 100 min dollarla çinli memarların Birləşmiş Ştatlarda təhsili üzrə proqram başladıb.

XS
SM
MD
LG