Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 19:44

Tayvanda eynicinsli nikahlar qanuniləşdi


Parlamentin qarşısında aksiya

Tayvan parlamenti eynicinsli nikahlarla bağlı qanun qəbul edib. Tayvan eynicinsli nikahların qanuniləşdiyi ilk Asiya ölkəsinə çevrilib.

Paytaxt Taybeydə minlərlə gey hüquqları tərəfdarları parlamentin qarşısına yığışıb.

“Bu gün bizim tarix yazmaq, dünyaya Şərqi Asiya cəmiyyətində proqressiv dəyərlərin kök sala biləciyini göstərmək şansımız var”, – Prezident Tsai Ing-wen səsvermədən öncə Twitter-də yazıb.

Tayvanda illərdir nikahda bərabərliklə bağlı müzakirə gedir. 2017-ci ildə bu demokratik adanın konstitusiya məhkəməsi eynicinsli cütlüklərə qanuni nikaha girmək hüququ verdi və bunu qanuniləşdirmək üçün mayın 24-nü son tarix qoydu.

Günün bütün mövzuları

XS
SM
MD
LG