Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:19

Avropa Şurasının 70 yaşı tamam olur


AŞPA-da müzakirə, arxiv fotosu
AŞPA-da müzakirə, arxiv fotosu

Avropa Şurası 70 illik yubileyini Finlandiyada qeyd edir. Belə bir məqamda qurumun Rusiyayla münasibətləri diqqət mərkəzindədir.

Mayın 16-da Helsinkidə başlanmış tədbirə Avropanın 30-dan artıq xarici işlər naziri qatılıb. Tədbir tarixi Finlandiya Zalında keçirilir. 1975-ci ildə Soyuq müharibənin gərginliyini azaltmaq məqsədilə Helsinki aktları burada imzalanmışdı.

1996-cı ildən qurumun üzvü olan Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edəndən sonra Şura onun səsvermə hüququnu dayandırıb.

Cavabında Rusiya Şuraya ildə 37 milyon dollarlıq ödənişini dondurub. Bu məbləğ Strasburqda mənzillənən qurumun büdcəsinin 7 faizini təşkil edir.

Üzvlük haqqı ödənməzsə, Rusiya bu ilin iyununda qurumdan çıxarıla bilər.

Ancaq Moskva son günlər münasibətləri yaxşılaşdırmaq istədiyini dilə gətirir, bu da onun Avropa Şurasından çıxmaq planlarının olmadığını deməyə əsas verir.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov (solda) finlandiyalı həmkarı Timo Soini ilə, arxiv fotosu
Rusiyanın Xarici işlər naziri Sergei Lavrov (solda) finlandiyalı həmkarı Timo Soini ilə, arxiv fotosu

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Şuraya üzvlük Rusiyada ədliyyə və penitensiar sistemləri təkmilləşdirməsinə kömək edib.

Kiyevin narahatlığı

Finlandiyanın Xarici işlər naziri Timo Soini deyib ki, ölkəsi quruma sədrliyi dövründə Moskvayla fikir ayrılıqları yoluna qoymağa çalışıb, amma onun sözlərinə görə, “böhranın mənbəyi” Rusiyanın hərəkətləri ilə bağlıdır.

“Bu, Krımın 2014-cü ildə qanunsuz ilhaqıyla bağlıdır. Və bunu unutmaq mümkün deyil”, – Soini vurğulayıb.

Ukrayna Xarici işlər naziri Pavlo Klimkin-in toplantıya getməyəcəyini, ancaq digər təmsilçilərin qatılacağını bildirib.

Kiyev narahatdır ki, bu toplantıda Moskvaya təzyiqi azaldacaq yekun bəyannamə qəbul olunar.

Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Volodymyr Ariev Frans Presə deyib ki, Rusiyaya təzyiq azalsa, Ukrayna “çox ciddi addımlar atmağa hazırdır”.

“Avropa Şurasında iştirakımızı ciddi nəzərdən keçirməyə hazırıq”, – o vurğulayıb.

Avropa Şurası 1949-cu ildə demokratiya, insan haqları və hüququn aliliyinə nəzarət qurumu kimi yaradılıb. Təsisçi ölkələr Belçika, Britaniya, Danimarka, Fransa, İrlandiya, İtaliya, Luksemburq, Niderland, Norveç və İsveç idi.

İndi 47 üzvü olan quruma Avropa İnsan Hüquqları Məhkəməsi də daxildir. Bu məhkəmə Avropa İnsan Haqları Konvensiyasının icrasına nəzarət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG