Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 23:50

Oliqarx Kolomoyskyy Ukraynaya qayıdıb


Petro Poroshenko (solda) və Ihor Kolomoyskyy, 2015-ci il
Petro Poroshenko (solda) və Ihor Kolomoyskyy, 2015-ci il

Ukraynalı maqnat Ihor Kolomoyskyy iki illik mühacir həyatından sonra ölkəsinə qayıdıb.

Oliqarxın mayın 16-da səhər tezdən ölkənin şərqindəki Dnepr şəhərində beynəlxalq aeroporta endiyi bildirilir. Xəbəri AzadlıqRadiosu-nun Ukrayna xidməti və Ukraynanın UA:Pershy televiziyasının birgə layihəsi olan Skhemy (Sxemlər) aeroportdakı mənbələrə istinadla yayıb.

Ukraynanın ən zəngin adamlarından və keçmiş region qubernatoru olan Kolomoyskyy Təl Əvivdən xüsusi təyyarə ilə gəlib, mənbələr belə deyib.

Kolomoyskyy-nin vəzifədən getməkdə olan Prezident Petro Poroshenko ilə münasibətləri illər boyu ziddiyyətli olub. Aprelin 21-də isə komediyaçı Volodymyr Zelenskiy Poroshenko-nu seçkidə məğlub edib.

Kolomoyskyy Dneprə çatandan sonra “Babel” onlayn qəzetinə deyib ki, hələlik, planlarını dəqiq bilmir.

Volodymyr Zelenskiy (solda) və AB-nin Genişlənmə komissarı Johannes Hahn
Volodymyr Zelenskiy (solda) və AB-nin Genişlənmə komissarı Johannes Hahn

“Dövlətdən intiqam almaq”

Milyarder Ukraynaya qayıtmaqdan qorxmadığını, Zelenskiy-nin prezidentliyi dövründə məhkəmələrə siyasi təzyiqin dayanacağını gözlədiyini deyirdi. Zelenskiy mayın 20-də and içəcək.

Ukraynada istintaqlar və hökumətin təzyiqilə üzləşən Kolomoyskyy 2017-ci ilin iyununda ölkədən çıxıb. O, daha çox İsrail və İsveçrədə yaşayırdı.

Poroshenko-nun iddiasına görə, Zelenskiy-in seçki kampaniyasını Kolomoyskyy maliyyələşdirib, PrivatBank-ın milliləşdirilməsi səbəbindən “dövlətdən intiqam almaq” istəyib.

Bank 2016-cı ilin dekabrında Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə milliləşdirilib. Bank riskli kredit ayırma nəticəsində milyardlarla dollar həcmində maliyyə çatışmazlığı ilə üzləşmişdi.

Bankın əsas səhmdarlarından olan Kolomoyskyy bu addıma qarşı çıxıb və Ukrayna məhkəməsi aprelin 18-də milliləşdirmənin qanunsuz olması barədə qərar çıxarıb.

Kolomoyskyy qısa müddətə Dnepropetrovsk diyarının qubernatoru olub. Poroshenko onu 2015-ci ildə işdən çıxarıb, özəl silahlı dəstə qurmaqda, dövlətə bağlı neft şirkətini ələ keçirməyə çalışmaqda ittiham edib.

Rusiya 2014-cü ilin martında Krım yarımadasını qanunsuz ilhaq edəndən, Donbasda silahlı separatçıları dəstəkləməyə başlayandan sonra Kolomoyskyy-nin Dnepropetrovskda separatçı əhvalı yaydığı bildirilirdi.

Onun rəhbəri olduğu region Donetsklə sərhəddir. Donetsk və Luqansk hazırda separatçıların əlindədir. 2014-cü ilin aprelində bu regionlarda münaqişələrdə 13 minədək adam həlak olub.

XS
SM
MD
LG