Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:26

ABŞ-Azərbaycan iclasında bunlardan danışılacaq...


Maliyyə Nazirliyi

Mayın 17-də Bakıda ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının 4-cü iclası keçiriləcək.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, investisiya imkanları daxil edilib. İclasda habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər də nəzərdən keçirilməlidir.

Toplantıda həmçinin, Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunmalıdır.

İclasda ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Piter Haasın başçılıq etdiyi nümayəndə heyəti iştirak etməlidir. Komissiyanın Azərbaycan tərəfdən sədri isə maliyyə naziri Samir Şərifovdur.

Xatırlatma

ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının birinci iclası 2007-ci il fevralın 7-də Bakıda keçirilib. İkinci (2008-ci il noyabrın 17-si) və üçüncü iclas isə (2012-ci il aprelin 17 və 18-i) Vaşinqtonda gerçəkləşib.

Multimedia

XS
SM
MD
LG