Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 15:10

Huawei qara siyahıya salındı – Qərb mediası


Çində sərgidə Huawei kameraları nümayiş olunur, 16 may, 2019-cu il

Birləşmiş Ştatların Ticarət Departamenti dünən – mayın 15-də bildirib ki, Huawei Technologies Co Ltd-ni və onun 70 filialını qara siyahıya salıb. Yəni, telekommunikasiya nəhəngi Birləşmiş Ştatlar hökumətinin razılığı olmadan ABŞ şirkətlərindən hissələr və komponentlər ala bilməyəcək.

ABŞ rəsmilərinin “Reuters” agentliyinə deməsinə görə, bu qərar dünyada ən böyük telekommunikasiya avadanlığı istehsalçısı olan Huawei-nin bəzi məhsulları satmasını da çətinləşdirəcək, hətta mümkünsüz edəcək. Çünki bu şirkət ABŞ-dakı təchizatçılardan asılıdır.

İllüstrativ foto
İllüstrativ foto

Bir neçə günə qüvvəyə minəcək qərarda deyilir ki, Huawei Amerika texnologiyası almaqdan ötrü ABŞ hökumətinin lisenziyasını əldə etməlidir. Şirkət hələlik, informasiyanı şərh etməyib.

Ticarət naziri Wilbur Ross Prezident Donald Trump-ın qərarı dəstəklədiyini bildirib.

Trump administrasiyası cidd-cəhdlə digər ölkələri 5G şəbəkələrində Huawei avadanlığından istifadə etməməyə çağırır. Bu şirkətin Çin hökuməti üçün casusluğa cəlb oluna biləcəyi iddiası səsləndirilir, şirkətsə iddiaları rədd edir.

Bir neçə gün öncə ABŞ Çinin 200 milyard dollarlıq məhsuluna rüsumları qaldırıb.

Trump bioqrafiyasını yaltaqcasına yazanı əfv elədi

Prezident Donald Trump mayın 15-də keçmiş qəzet naşiri Conrad Black-i tam əfv edib. O, prezidentin siyasi bioqrafiyasını yaltaq şəkildə qələmə almışdı.

Conrad Black
Conrad Black

Black-in media imperiyasına nə vaxtsa Chicago Sun-Times və Londonda çıxan The Daily Telegraph daxil idi. O, 2007-ci ildə dələduzluqda təqsirli bilinib və həbsdə üç il yarım keçirib. Apellyasiya iki ittihamı qaldırsa da, ikisini saxlamışdı.

Ağ evin mətbuat katibi Sarah Sanders deyib ki, Black “biznesə və siyasi və tarixi düşüncəyə nəhəng töhfələr verib”.

Black 2018-ci ildə “Donald J. Trump: Heç kəsə bənzəməyən prezident” adlı bioqrafiyanı dərc etdirib. O, çərşənbə günü Kanadanın National Post qəzetində yazdığı köşədə Trump-ın ona necə zəng edərək əfv etməsindən söz açıb, prezidentin dərhal əsas məqama keçərək ona tam əfv verdiyini yazıb.

Black 2015-ci ildə National Review-də “Trump yaxşı oğlandır” adlı esse yazıb. Trump tvitində yazmışdı ki, bu yazını oxumaqdan “şərəf” duyub.

“Ot tayası” 110,7 milyon dollara satıldı

Fransız rəssamı Claude Monet-nin “Ot tayası” əsəri Nyu York hərracında 110,7 milyon dollar satılıb.

110,7 milyon dollara satılan əsər
110,7 milyon dollara satılan əsər

Satış Sotheby's hərracında gerçəkləşib.

1986-cı ildən bəri ilk dəfə satışa çıxarılan əsər hərracda ən yüksək qiymətə satılan 10 əsərdən birinə çevrilib.

Bu qiymətə rüsumlar və komissiya haqqı da daxildir və daha öncəki rekord qiymətindən 44 dəfə bahadır.

İlk dəfəydi ki, impressionist əsər 100 milyon dollardan baha qiymətə satılırdı.

Monet 1890-1891-ci illərin qışında Givernidəki evində 25 rəsmdən ibarət “Ot tayası” seriyasını yaradıb. Rəsmlər bir-birindən eyni sahənin işqıqlandırılması və ətrafıyla fərqlənir. Əsərlər günün müxtəlif vaxtlarında, fərqli hava şəraitində çəkilib.

2016-cı ilin noyabrında bu seriyadan daha bir rəsm Nyu Yorkdakı Christie's hərracında 81,4 milyon dollara satılmışdı.

XS
SM
MD
LG