Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 17:17

Norveçdə Venesuela danışıqları aparılacaq


Karakasda növbəti etiraz, 4 may, 2019-cu il

Venesuela hökuməti və müxalifətinin təmsilçiləri ölkədəki böhranının həllini Norveçdə müzakirə edəcəklər.

Həm hökumət, həm də müxalifət mayın 15-də təmsilçilərinin Norveçə getdiyini açıqlayıb. Onlara bu ölkədən adları açıqlanmayan qruplardan dəvət gəlib.

Danışıqlar Osloda keçiriləcək, ancaq üzbəüz görüşlərin olub-olmayacağı bəlli deyil.

Prezident Nicolas Maduro televiziyayla çıxışında deyib ki, İnformasiya naziri Jorge Rodríguez ölkədən kənarda “çox mühüm” missiyadadır.

Rusiya, Çin və Kubanın dəstəklədiyi Maduro 2013-cü ildə Hugo Chavez öləndən sonra hakimiyyətə gəlib. Müxalifət ötən ilin mayında keçirilmiş seçkini boykot edib, nəticələrin saxtalaşdırıldığını bildirib.

Milli Assambleya rəhbəri olan müxalifət lideri Juan Guaido yanvarda özünü aralıq dövr prezidenti elan edib. Birləşmiş Ştatlar daxil, 50-dən artıq ölkə onu dəstəkləyir.

Ordu indiyədək Maduro-ya sadiq qalıb və minlərlə adamın küçələrə çıxmasına baxmayaraq, onu devirmək asan olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG