Keçid linkləri

Təcili xəbərlər
2019, 25 May, şənbə, Bakı vaxtı 23:25

Kənd təsərrüfatı sərgisi açıldı


Taxıl zəmiləri

Bu gün, mayın 15-də Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2019) işə başlayıb.

Mayın 17-nə qədər davam edəcək sərginin açılış mərasimi kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə baş tutub.

Report-un xəbərinə görə, nazir bildirib ki, Azərbaycanda aqrar sektor sürətlə inkişaf edir: «Bu ilin I rübündə kənd təsərrüfatı sahəsində 3.6 faiz artım olub. Bu tendensiya ilin sonuna qədər davam edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əsas məsələ aqrar sahədə innovasiyaların tətbiqidir. «Caspian Agro» sərgisinə maraq getdikcə artır. Bu sərgi fermerlər üçün əlverişli mühit yaradır».

Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin 3 mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşir. Bu il sərgidə 31 ölkədən 400-dən artıq şirkətin iştirak etdiyi bildirilir. Verilən məlumata görə, bu, ötən illə müqayisədə 10 faiz çoxdur.

Sərgini Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da dəstəkləyirlər. Onun təşkilatçısı «Caspian Event Organisers» şirkətidir.

12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ötən il mayın 16-dan 18-nə kimi keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG