Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Kilsə tikintisinə görə saxlananlar var


Hadisə yeri
Hadisə yeri

Rusiyanın Ural regionundakı Yekaterinburq şəhərində parkın yerində yeni kilsənin tikintisinə ikinci gündür etirazlar davam edir, dünən – mayın 14-də yüzlərlə etirazçı polislə toqquşub.

Mayın 13-də tikinti ərazisinə çəkilmiş sədlər dağıdıllmışdı. Dünən isə həmin yerə yüzlərlə adam yığışıb.

Nümayişçilərdən bəziləri səddin bəzi hissələrini daşıyıb yaxınlıqdakı gölməçəyə töküblər.

Etirazçılar “Meydanı istəyirik. Mer: görüşümüzə gəl!” şüarlarını səsləndiriblər.

Azı 10 nəfər saxlanıb. Yerli xəbər saytlarında yayılmış videolarda uniformalı polisin bəzi etirazçıları yerdə sürüdüyü, meydan ətrafında xeyli sayda polis maşınının saxlandığı görünür.

Bundan öncəki nümayişdə isə etirazçılar idman geyimində gənclərin təzyiqinə məruz qalmışdılar. Onları hüquq-mühafizə orqanlarının göndürdüyü düşünülürdü.

Polis əməkdaşları hadisə yerində
Polis əməkdaşları hadisə yerində

“Adamlara qulaq asan yoxdur”

“Adamlar ona görə kədərlidirlər ki, onlara heç kəs qulaq asmır. Heç kəs kilsəyə qarşı çıxmır. Onlar kilsənin burada tikilməsinə qarşıdırlar. Şəhərdə elə də çox yaşıl məkan qalmayıb. Hər şeyi kəsib doğrayırlar”, – etirazçılardan biri “Current Time”a deyib.

Şəhər hakimiyyəti kilsə rəsmilərinə 1930-cu ildə sovet liderləri tərəfindən dağıdılmış kilsənin oxşarını tikməyə icazə verib.

Yerli fəallar plana qarşı çıxıblar. Onların fikrincə, bu halda Rusiyanın dördüncü böyük şəhərindəki hamının sevdiyi park dağıdılacaq.

Şəhərin yerləşdiyi Sverdlovsk regionunun qubernatoru Yevgeny Kuivashev etirazların təşkilatçıları ilə görüşdən sonra deyib ki, tikinti layihəsi davam edəcək, başqa yerə köçürülməyəcək.

Rusiyada artıq neçənci dəfədir yerli hakimiyyətin müxtəlif təşəbbüsləri etirazlar yaradır. Ötən il Moskva regionunda bir şəhərin sakinləri yeni zibilliyin yaradılmasına etiraz olaraq polislə toqquşmuşdular.

Yekaterinburq da əvvəllər siyasi müstəqilliyi ilə ad çıxarıb. 2018-ci ildə Yevgeny Roizman şəhər merliyindən istefa verib. O, merin birbaşa seçilməsinin ləğvinə etiraz edirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG