Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:08

Zarif Hindistana gedib


Sushma Swaraj (sağda) və Mohammad Javad Zarif görüşdən öncə

İranın Xarici işlər naziri Mohammad Javad Zarif hindistanlı həmkarıyla danışıqlar aparmaqdan ötrü Nyu Dehliyə gedib. ABŞ sanksiyaları bərpa edəndən sonra Hindistandan İran neftinin idxalını dayandırıb.

Zarif 14 may danışıqlarından öncə deyib ki, Hindistana “regionda, eləcə də ikitərəfli münasibətlərimizdə ən son baş verənləri” hindistanlı həmkarı Sushma Swaraj ilə müzakirəyə gedir.

Birləşmiş Ştatlar İrana sanksiyaları sərtləşdirib, bu ölkədən neft ixracını sıfıra salacağını deyib. Bir il öncə Vaşinqton İranla 2015-ci il nüvə sazişindən çıxıb.

ABŞ sanksiyalardan möhləti uzatmayınca İranın əsas müştəriləri olan Çinlə Hindistan Tehrandan neft almağı dayandırıb.

ABŞ sanksiyaları nəticəsində İranın neft ixracı yarıdan çox azalıb. Ötən il günə 2,8 milyon barrel neft ixrac olunurdusa, bu 1 milyon barrelə düşüb.

“Reuters” mayın 13-də Avropadakı diplomatik mənbələrə istinadla yazıb ki, İran nüvə sazişindən qalmağın şərti kimi günə azı 1,5 milyon barrel neft ixracında israr edir.

XS
SM
MD
LG