Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Trump NASA üçün əlavə 1,6 milyard dollar istəyir


1969-cu ildə Ayın ətrafında dövrə vurmuş Apollo X Amerika missiyası

ABŞ Prezidenti Donald Trump NASA-nın 2024-cü ilədək amerikalıları Ayın səthinə qaytarmasından ötrü əlavə 1,6 milyard dollar istəyir.

Trump bu haqda mayın 13-də Twitter-də yazıb.

“Mənim administrasiyam dövründə NASA-nı böyüklüyünə qaytarırıq, Aya qayıdırıq, daha sonra Marsa gedəcəyik”, – Trump tvitində yazıb.

Təxminən iki ay öncə vitse-prezident Mike Pence 1972-ci ildən bəri ilk dəfə olaraq astronavtların Aya qayıtmasından ötrü NASA-nın öncəki qrafiki dörd il qısaldıb.

NASA bunu 2028-ci ilədək planlaşdırırdı, 2024-cü ilədək Ayın orbitinə “Gateway” stansiyasını buraxmaq niyyətində idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG