Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:05

Azərbaycan Sakit okean Alyansında müşahidəçi oldu


XİN

Azərbaycan Sakit okean Alyansının Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. Görüş ötən həftə, mayın 10-da gerçəkləşib.

XİN bildirir ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq edir.

Xatırlatma

Meksikanı, Kolumbiyanı, Perunu, Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilib. Hazırda alyansın Azərbaycan da daxil olmaqla 57 müşahidəçi üzvü var.

Günün bütün mövzuları

XS
SM
MD
LG