Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 14:11

‘Stalin evi’nin reklamı qalmaqal yaradıb


Josef Stalinin büstü

Rusiyanın Novosibirsk şəhərində “Stalin evi” adlı yeni yaşayış binası barədə reklam sosial şəbəkələrdə güclü narazılıq yaradıb.

Mayın 11-də internetdə yerləşdirilmiş reklamlarda deyilir ki, səkkizmərtəbəli yaşayış blokunun birinci mərtəbəsi kommersiya məqsədilə satışa çıxarılacaq.

Bələdiyyə binanın bu ilin payızınadək tamamlanıb istifadəyə veriləcəyini bildirir.

Novosibirsk sakinləri sovet diktatoru Josef Stalinin adının binaya verilməsini tənqid edirlər.

Bu reklamlardan cəmi iki gün öncə Kommunist Partiyasının regional şöbəsinin həyatında Stalinin büstü açılıb.

Sosial şəbəkə istifadəçiləri “Bəs Qulaq Şəhəri necə?”, “Növbədə Stalin Plazadır?”, “İçəridə Kazarma restoranı olacaq? Bəs nəzarətçilər necə?” deyə reklamı pisləyiblər.

Sibirdə yerləşən Novosibirsk 1930-cu illərdə Stalin təmizləməsi zamanı yüzminlərlə sovet vətəndaşının “sovet xalqının düşmənləri” elan olunaraq sürgün edildiyi şəhərlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG