Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:51

İranda British Council əməkdaşı 10 illik həbsə məhkum edilib


Tehranda anti-Amerika aksiyası, 10 may, 2019-cu il

İran Britaniya üçün casusluqda təqsirli bilinən iranlını 10 illik həbsə məhkum etdiyini bildirir.

Ədliyyə sisteminin sözçüsü Gholamhossein Esmaili həmin şəxsin adını çəkməsə də, onun British Council-un İran şöbəsinə cavabdeh olduğunu deyib.

Esmaili-nin sözlərinə görə, sözügedən şəxs Britaniyanın kəşfiyyat agentlikləri ilə “əməkdaşlığını aydın şəkildə boynuna alıb”. O, həmin şəxsin bir ildən çox həbsdə qaldığını bildirib.

2018-ci ilin martında Londonda mənzillənən British Council Aras Amiri adlı işçisinin İranda xəstə nənəsinə baş çəkərkən saxlandığını açıqlayıb.

Yaxınları Amiri-nin əvvəlcə İranın milli təhlükəsizliynə qarşı işbirliyində suçlandığını deyirdi. İranın kəşfiyyat xidmətləri adətən bu o qədər də aydın olmayan ittihamdan fəallar, jurnalistlər, siyasi səbəblərlə saxlanan digər iranlılara qarşı istifadə edirlər.

İran tarixən Britaniyanın mədəniyyət agentliyi olan British Council-a qarşı ədavətli mövqeyi ilə tanınıb. 2009-cu ildə qurumun Tehrandakı ofisi bağlanıb. Bu addım Londonun BBC-nin fars xidmətini işə salmasına cavab olaraq atılıb.

İran hakimiyyəti bundan öncə İrandakı Britaniya səfirliyi üçün çalışan yerli əməkdaşları həbs edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG