Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Trump Orban-la görüşəcək


Rusiya Prezidenti Vladimir Putin (sağda) və Viktor Orban Moskvada, 18 sentyabr, 2018-ci il

Mayın 13-də ABŞ Prezidenti Donald Trump Ağ evdə Macarıstanın Baş naziri Viktor Orban-la görüşəcək. Konqresmenlərdən bəziləri bu görüşün təxirə salınmasına çağırırdı.

Millətçi lider olan Orban anti-immiqrasiya kampaniyası və məhkəmə islahatlarına görə Avropa İttifaqı ilə ziddiyyətlər yaşayır. Onun ABŞ-ın keçmiş demokrat prezidenti Barack Obama administrasiyası ilə də toqquşmaları olub. Tənqidçilər Orban hökumətinin demokratik dəyərləri eroziyaya uğratdığını bildirirlər.

Trump-Orban görüşündən öncə Konqresin bir qrup respublikaçı və demokrat üzvü Macarıstanın “geriləyən demokratik trayektoriyası” sarıdan narahatlığını dilə gətirib.

Mayın 10-da Trump-a göndərdikləri məktubda senatorlar NATO üzvü olan Macarıstanla Rusiya arasında sıx münasibətlərdən narahatlıq səsləndiriblər. Onların fikrincə, Macarıstan enerji mənbələrini Moskvadan ayıraraq diversifikasiya edə bilməyib, Rusiyanın ABŞ sanksiyalarından yayınmaqdan ötrü viza sistemindən sui-istifadəsinə imkan verib.

Məktubu imzalayanlar içində Senatın Xarici əlaqələr komitəsinin sədri Jim Risch və qurumun aparıcı demokratı Bob Menendez də olub.

Ancaq administrasiyanın aparıcı rəsmisi jurnalistlərə deyib ki, Orban-ın səfəri Trump hökumətinin Mərkəzi və Şərqi Avropayla əlaqələri yenidən qurmaq strategiyasının tərkib hissəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG