Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:38

Çin ABŞ-ın yeni rüsumlarına özünün yeni rüsumları ilə cavab verir


Pekin birjası
Pekin birjası

Çin mayın 13-də bəyan edib ki, ABŞ-ın rüsumları yüksəltməsi və Amerikanın Çindən demək olar bütün malların idxalını hədəfləməsinə cavab olaraq iyunun 1-dən ümumi dəyəri 60 milyard dollarıq Amerika mallarına rüsumları qaldıracaq.

Bu bəyanat mayın 13-də Amerikanın maliyyə bazarlarını güclü şəkildə təsirləndirib, nəticədə Nasdaq indeksini 3.41, Dow Jones indeksini isə 2.38 faiz azaldıb. 500 ən iri şirkətin göstəricisi olan S&P 500 indeksi2.41 faiz enib.

Bu arada ABŞ prezidenti Çindən idxal olunan 300 milyard dollarlıq mallara yeni rüsumların qoyulması prosesinin başlanmasına göstəriş verib.

Rəsmi Pekin bildirir ki, Çinin Amerika mallarını hədəfləyəcək rüsumları 25 faizə çatacaq.

Çin hökumətinin bəyanatında deyilir ki, bu addımlar ABŞ-ın təktərəfliyinə və ticarət proteksionizminə cavab olaraq atılır. Lakin Pekin ümid etdiyini bildirir ki, ABŞ-la hər iki tərəfə sərfəli razılaşma əldə etmək mümkün olacaq.

***

Trump Çinlə bağlı qərarını müdafiə edir

ABŞ Prezidenti Donald Trump Çin məhsullarına rüsumun artırılması ilə bağlı qərarını müdafiə edib. Bundan öncə prezidentin baş iqtisadi müşaviri “hər iki tərəfin bədəl ödəyəcəyini” demişdi.

Mayın 12-də Trump Twitter-də yazıb ki, Pekin “bizimlə sövdələşməni pozub”, daha sonra yenidən danışıq aparmaq istəyib.

“Çindən tariflər şəklində milyardlarla dollar alacağıq. Məhsul alıcıları bunu ABŞ-da (idealda) da edə bilərlər, tarif qoyulmayan ölkələrdən də ala bilərlər”, – Trump əlavə edib.

Mayın 10-da Birləşmiş Ştatlar 200 milyard dollarlıq Çin malına rüsumu 10 faizdən 25 faizə qaldırıb. Vaşinqtonda danışıqları razılaşmasız bitib.

Prezidentin iqtisadi məsələlər üzrə baş müşaviri Larry Kudlow mayın 12-də deyib ki, Vaşinqton Çinin qarşılıqlı addım atacağını gözləyir. O, rüsumlara görə Çinin deyil, “hər iki tərəfin ödəniş edəcəyini” sözlərinə əlavə edib. Kudlow Fox News Sunday proqramına danışıb.

ABŞ iddia edir ki, Çin ondan texnologiya oğurlayır və ABŞ şirkətlərinin ticarət sirlərini açmasından ötrü onlara təzyiq edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG