Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Butina Rusiyaya ötürülmüş informasiyanı ‘dəyərli’ adlandırır


Maria Butina
Maria Butina

Birləşmiş Ştatlarda məhkum edilmiş rusiyalı Maria Butina qeyd və təhlillərinin Rusiya rəsmiləri üçün “dəyərli” olacağını deyir. O, Birləşmiş Ştatlarda Rusiya hökumətinin agenti kimi qeydiyyata alınmadığını boynuna alıb, 18 aylıq həbsə məhkum edilib.

Butina keçmiş rusiyalı deputat Aleksandr Torshin-in rəhbərliyi altında ABŞ-da Milli Silah Assosiasiyası və digər qruplar barədə gizli kəşfiyyat məlumatı topladığını etiraf edib.

Onun müsahibəsini Milli İctimai Radio (NPR) mayın 10-da yayımlayıb.

“Bu, məndən ötrü xoş idi”

Butina müsahibəsində etiraf edib ki, topladığı informasiyanın Torshin tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə ötürüldüyünü bilib və köməyi dəydiyi üçün fəxr edib.

“Dedim ki, bundan fəxr duyaram, çünki gənc qadınam və Xarici İşlər Nazirliyində çalışanlar mənim qeydlərimi, təhlilimi dəyərli hesab edəcəklər. Bu, məndən ötrü çox xoş idi. Ona görə də ‘əlbəttə’ dedim”, – o vurğulayıb.

30 yaşlı Butina apreldə 18 aylıq həbsə məhkum edilib. O, fəaliyyəti barədə ABŞ hökumətinə məlumat vermədiyinə görə Birləşmiş Ştatlar qanunvericiliyini pozmaqda ittiham olunub.

Butina qeydiyyatdan keçməli olduğunu boynuna alsa da, casus olmadığını, bütün fəaliyyətinin açıq-aşkar olduğunu bildirib.

“Heç vaxt nə öz vətənimə, nə də bu ölkəyə sevgimi gizlətmirəm… Hər iki ölkəni sevirəm və məqsədim sülh yaratmaq olub”, – Butina müsahibəsində deyib.

O, “sülh yaratmaq əvəzinə, qeydiyyatdan keçməməklə narazılıq yaratdığına görə utandığını” sözlərinə əlavə edib.

Onun vəkilləri ABŞ siyasətinə maraq göstərən tələbə olduğunu, Rusiyayla ikitərəfli münasibətləri təkmilləşdirmək istədiyini deyib.

Butina həbs cəzasını çəkib bitirəndən sonra dərhal Rusiyaya deportasiya olunacaq, bu, 2020-ci ilin yanvarına düşür.

O, Rusiyanın ABŞ-da seçkilərə müdaxilə cəhdləri barədə heç nə bilmədiyini sözlərinə əlavə edib.

Butina-ya ittihamları Vaşinqtonda Ədliyyə Departamenti müstəntiqləri irəli sürüb. Bu iş xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqından kənar aparılıb. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsini araşdırırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG