Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 03:40

Yerevanda Kocharian-ın məhkəməsi başlanıb


Robert Kocharian məhkəməyə gətirilir
Robert Kocharian məhkəməyə gətirilir

Ermənistanın keçmiş prezidenti Robert Kocharian 2008-ci ildə onillik hakimiyyətinin son günlərində ölkənin konstitusiya quruluşunu devirməyə cəhd ittihamıyla məhkəmə qarşısına çıxarılıb.

AzadlıqRadiosu müxbirlərinin məhkəmə zalından verdiyi xəbərə görə, mayın 13-də prosesdə Kocharian barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə – zaminə buraxılması, yaxud ev dustağı edilməsinə baxılıb.

Kocharian həbsdən “Frans Pres” agentliyinə müsahibəsində cinayət işini “qanunsuzluq” adlandırıb.

“Ermənistanın indiki siyasi hakimiyyəti məni təqsirli elan edib və hazırda məhkəmə sistemi bu siyasi ağaya xidmət edir”, – agentliyin mayın 13-də yaydığı müsahibədə deyilir.

Kocharian təqsirli bilinərsə, 15 illik həbsə məhkum oluna bilər.

***

Robert Kocharian və Serzh Sarkisian, 2008-ci il
Robert Kocharian və Serzh Sarkisian, 2008-ci il

Ermənistanın ikinci prezidenti Robert Kocharian və digər yüksəkçinli rəsmilərin məhkəməsi mayın 13-də başlanır. Bu haqda AzadlıqRadiosu-nun erməni xidməti Kocharian-ın müdafiə qrupuna istinadla xəbər verir.

Eks-prezident 2008-ci ilin 1-2 mart hadisələri ilə əlaqədar açılmış cinayət işi üzrə ittiham olunur. O, digər şəxslərlə əlbir olaraq konstitusiya quruluşunu devirməyə cəhddə suçlanır. Başqa bir ittihama görə, Kocharian 2008-ci ilin fevral-may aylarında biznesmen Silva Ambartsumyandan 3 milyon dollar, təxminən 927 milyon dram rüşvət alıb.

Kocharian ittihamları siyasi motivli sayır

Keçmiş müdafiə naziri Seyran Ohanian da “1 mart” işi çərçivəsində digər şəxslərlə əlbir olaraq konstitusiya quruluşunu devirmək cəhdində ittiham olunur. O, həmin müddətdə silahlı qüvvələrin baş qərargah rəisi olub.

Seyran Ohanian
Seyran Ohanian

Hava qüvvələri baş qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuriy Khachaturov da konstitusiya quruluşunu devirmək cəhdində suçlanır. Həmin dövrdə o, müdafiə nazirinin müavini, Yerevan qarnizonunun rəisi idi.

Keçmiş prezident Kocharian ittihamları siyasi motivli sayır. Vəkilləri cinayət işini əsassız, siyasi motivli hesab edirlər.

Kocharian-a daha bir ittiham təhlükəsizlik qüvvələrinə müxalifət fəallarına qarşı gücdən istifadə göstərişi verməsidir. Fəallar 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisində saxtakarlığın baş verdiyini deyirdilər.

Martın 1-də başlamış etirazların yatırdılması zamanı 8 etirazçı, iki polis əməkdaşı öldürülüb. Bundan öncə Kocharian üç həftəlik fövqəladə vəziyyət elan etmişdi.

64 yaşlı eks-prezident deyir ki, ona ittihamlar indiki baş nazir Nikol Pashinian-ın ona qarşı siyasi “intiqamı”dır.

Pashinian 2008-ci il etirazlarında əsas rol oynamış, sonradan iki il həbs cəzası çəkmişdi. O, Kocharian-a qarşı cinayət işini müdafiə edir, onu təşkil etməsi iddialarını rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG