Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:33

Prezident ağac əkib


İ.Əliyev ağacəkmə kampaniyasında. 2018

Mayın 10-da Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində ağacəkmə kampaniyasında iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Məlumata görə, ağacəkmə kampaniyası keçmiş prezident Heydər Əliyevin anadan olması münasibətilə təşkil edilib.

Prezident və ailə üzvləri bundan əvvəl isə Fəxri xiyabanda keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət etmişdilər. Bu gün, mayın 10-da H.Əliyevin 96-cı doğum günü qeyd edilir. Mərhum prezident 1923-cü ildə doğulub, 2003-cü ildə vəfat edib.

Heydər Əliyev hakimiyyətə bu səsvermə ilə qayıtdı
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Heydər Əliyevin doğum günü qeyd edilir

Bu gün, mayın 10-u Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC-ın xəbərinə görə, keçmiş prezident H.Əliyevin məzarının ziyarət olunması mərasimində Baş Nazir Novruz Məmmədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

2019-cu il mayın 10-u Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin doğum günüdür. O, indiki prezident İlham Əliyevin atası olub.

Bu gün, mayın 10-da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur.

Heydər Əliyev 1969-82-ci illərdə Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dönəmində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1982-ci ildən 1987-ci ilə kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.

O, bir də hakimiyyətə müstəqillik dönəmində qayıdıb. 1993-cü ildə Gəncədə prezident Əbülfəz Elçibəyə silahlı itaətsizlikdən sonra Bakıya dəvət edilib. Həmin dövrdə Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri postunu tutub. 1993-cu il hakimiyyət böhranı zamanı prezidentin təqdimatı ilə Azərbaycan Milli Məclisinin sədri seçilib.

Daha sonra prezident Ə.Elçibəyə etimadsızlıq göstərilib. Heydər Əliyev həmin il sentyabrın 3-də keçirilən prezident seçkisindən qalib ayrılıb. O, 2003-cü ilə qədər Azərbaycana rəhbərlik edib.

Prezident Heydər Əliyev 2003-cü ildə ABŞ-da xəstəxanada olarkən oğlu İ.Əliyevin baş nazir seçilməsi ilə bağlı təqdimat verib. İ.Əliyev də həmin il keçirilən prezident seçkisindən qalib ayrılıb.

H.Əliyevin siyasi fəaliyyətinə ölkədə baxış birmənalı deyil. Tərəfdarları H.Əliyevi müstəqil Azərbaycanın xilaskarı, memarı, qurucusu adlandırırlar.

Müxalif qüvvələr isə hesab edir ki, ölkənin bir sıra problemlərinin həllini indiyə kimi tapa bilməməsi məhz H.Əliyevin rəhbərlik etdiyi hakimiyyətin səhvlərinin nəticəsidir. Onlar hesab edirlər ki, Heydər Əliyevin varis planı ilə ölkədə hakimiyyət atadan oğula ötürülüb.

H.Əliyevin 2003-cü ildə ABŞ-da müalicə aldığı Klivlend Klinikasında dünyadan köçüb. Dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn edilib.

Multimedia

XS
SM
MD
LG