Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:53

Tokio olimpiadasının biletləri satışa çıxarılır


Olimpiya oyunlarının maskotları

2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarının biletləri Yaponiya sakinləri üçün satışa çıxarılıb.

Mayın 10-dan yaponiyalılar 24 iyul- 9 avqust tarixlərində keçiriləcək Yay Olimpiya oyunları üçün lotereyada iştirak edə bilərlər.

Açılış mərasiminə biletlərin qiyməti yerindən asılı olaraq 23 dollardan 2 min 730 dollaradək dəyişir.

Lotereya mayın 28-dək keçiriləcək və yalnız Yaponiya sakinləri üçün nəzərdə tutulub.

Rəsmilərin mayın 9-da bildirməsinə görə, 180 min nəfər eyni vaxtda onlayn satışın açılmasını gözləyir.

XS
SM
MD
LG