Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:57

AzadlıqRadiosu-nun qazax xidmətinin vebsaytı bloklanıb


Almatıda saxlananlar var
Almatıda saxlananlar var

Mayın 9-da səhərdən Qazaxıstanda interneti bloklamağa başlayıblar. Bu barədə AzadlıqRadiosu-nun qazax xidməti xəbər verir.

Rəsmilər hələlik, heç bir şərh verməsələr də, AzadlıqRadiosunun qazax xidmətinin vebsaytı (azattyq.org), holanews.kz, vlast.kz, informburo.kz, exclusive.kz, time.kz, village.kz, lada.kz saytlarının bloklandığı xəbər verilir.

AzadlıqRadiosu-nun vebsaytına hazırda yalnız VPN və proksi xidmətlər vasitəsilə daxil olmaq mümkündür.

Qazaxıstan İnsan Haqları Bürosunun vebsaytına da giriş mümkün deyil. Facebook, YouTubeTelegram social şəbəkələrinə giriş qismən mümkündür.

Bu gün Almatıda hakimiyyətin dəstəyilə “Ölməz polk” aksiyası keçirilir. Yürüş iştirakçıları 2-ci Dünya müharibəsi veteranlarının portretləri ilə birlikdə öncədən razılaşdırılmış marşrut üzrə hərəkət edirlər.

Bu aksiyayla paralel ölkədə qadağan olunmuş “Qazaxıstanın demokratik seçimi” hərəkatı da aksiya elan edib. Bu hərəkatı keçmiş bankir, hakimiyyətin tənqidçisi Mukhtar Ablyazov yaradıb. O, 2009-cu ildən xaricdə yaşayır, ölkəsində bir sıra cinayətlərdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.

Mayın 8-də Baş Prokurorluq bəyanat yayaraq vətəndaşları sanksiyasız aksiyalarda iştirak etməməyə çağırıb.

Almatıda saxlananlar var
Almatıda saxlananlar var

Saxlananlar olub

Hərəkatın Almatıda, Nur-Sultanda, bir sıra şəhərlərdə etirazlar planlaşdırdığı bildirilir.

AzadlıqRadiosu-nun əməkdaşları Nur-Sultandan canlı yayım aparıb və bəzi jurnalist və insan haqları fəallarının saxlandığı bildirilir.

Bəzi fəallar sosial şəbəkələrdə yazıblar ki, onların evlərinin önündə polis maşınları “növbə çəkir”.

Mayın 1-də Qazaxıstanın bir sıra şəhərlərində 80 etirazçı saxlanmışdı. Onlar iyunun 9-na təyin olunmuş növbədənkənar prezident seçkilərini boykot etməyə çağırırdılar.

Martın 19-da 79 yaşlı Nursultan Nazarbaev prezident vəzifəsindən gedib, ancaq Təhlükəsizlik Şurasına sədrliyi saxlayıb. Bu vəzifə onun ölkənin əsas inkişaf istiqamətlərinə nəzarəti saxlamaq, vacib kadr dəyişiklikləri ilə bağlı qərar vermək imkanı verir. “Kommersant” qəzetinin yazmasına görə, Nazarbaev mayın sonunda Avrasiya İqtisadi Birliyinin fəxri sədri seçiləcək.

Hakim Nur Otan partiyası 9 iyun seçkilərinə aralıq dövr prezident Qasym-Zhomart Toqaev-in namizədliyini irəli sürüb.

«Seçkilərə birinci prezident Elbaşının strateji kursunu davam etdirməkdən ötrü gedirəm. Öz vəzifəmi liderimizin siyasətinin ardıcıllığını təmin etməkdə görürəm», – Toqaev deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG