Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:52

Trump Çini ticarət sövdələşməsini ‘pozmaq’da ittiham edir – Qərb mediası


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump mayın 8-də Çini Birləşmiş Ştatlarla davam edən ticarət danışıqlarında “sövdələşməni pozmaqda” suçlayıb.

CNBC yazır ki, Floridada çıxış edən prezident rüsumları qaldırmaqla bağlı son hədəsini Pekinin danışıqlardakı mövqeyi ilə əlaqələndirib.

“Qaldırmaq istədiyimiz rüsumlar ki var, onların sövdələşməni pozmasıyla bağlıdır. Onlar razılaşmanı pozublar. Sabah baş nazirlərinin müavini gəlir, yaxşı adamdır, ancaq onlar razılaşmanı pozublar. Bunu edə bilməzlər, bədəlini də ödəyəcəklər”, – Trump vurğulayıb.

Trump ötən həftəsonu Çin mallarına rüsumları qaldıracağını deməklə bazarları təəccüblndirb. Prezident Çinin “çox ləng” hərəkət etdiyini deyib.

ABŞ Prezidenti əlavə edib ki, Birləşmiş Ştatlar “Çin bizim işçilərimizi aldatmağı və iş yerlərimizi oğurlamağı dayandırmayınca geri çəkilməyəcək”.

Çin də çərşənbə günü bildirib ki, əgər Trump hədələdiyi kimi 200 milyard dollarlıq Çin malına rüsumu 10 faizdən 25 faizə qaldırsa, Pekin də buna cavab verəcək.

Vaşinqtonda ABŞ-Çin danışıqları, fevral, 2019-cu il
Vaşinqtonda ABŞ-Çin danışıqları, fevral, 2019-cu il

Bir çox iqtisadçıların fikrincə, rüsumların qaldırılmasından hökumət xəzinəsinə pul axsa belə, onlar ümumilikdə Amerika iqtisadiyyatına ziyan vurar.

Çin Baş nazirinin müavini Liu He bu həftə Vaşinqtonda danışıqlar aparmalıdır. Çin tərəfinin mövqeyindən xəbərdar mənbənin CNBC-yə deməsinə görə, baş nazirin müavini Trump-ın komandasına Pekinin danışıqlarla bağlı mövqeyini təqdim edəcək.

Çin Trump-a senzura qoyur

Bu arada Trump-ın son bəyanatlarının Çində senzuraya məruz qaldığı xəbər verilir. Bu haqda CNN yazır.

Belə ki, çinli senzorların Vaşinqtondakı danışıqlar öncəsi rəsmi xətlə uyuşmayan səsləri boğduğu bildirilir.

Pekin, arxiv fotosu
Pekin, arxiv fotosu

Çinin dövlət nəzarətində olan mediası nə Trump-ın tvitlərini, nə ABŞ rəsmilərinin çinli həmkarlarının ünvanına səsləndirdiyi tənqidləri işıqlandırıb.

Əvəzində televiziya, qəzetlər və onlayn media Çin iqtisadiyyatı haqda yaxşı xəbərlərlə doludur.

Xarici işlər nazirliyinin sözçüsü Geng Shuang bazar ertəsi brifinqində Trump-ın onlayn postlarına dolayısı ilə toxunub. Amma hökumətin senzorları Çin sosial mediasındakı tvitlərin skrinşotlarını ciddi-cəhdlə bloklayıb. Bu həssas mövzuyla bağlı müzakirələr də bloklanıb.

Bazar ertəsi günün sonunda Çində birja indeksləri 5 faizdən çox düşüb. Ölkənin maliyyə təhlilçiləri isə çətinliklə də olsa, Trump-ın tvitlərinə toxunmayıblar, düşüşü “xarici faktorlar” kimi ümumi terminlərlə izah ediblər.

Paul Manafort məhkəmədə, mart, 2019-cu il
Paul Manafort məhkəmədə, mart, 2019-cu il

Trump-ın vergi bəyannamələrinin açıqlanması yönündə daha bir addım

Nyu York ştatının senatı Prezident Donald Trump-ın vergi bəyannamələrinin açıqlanması yönündə daha bir addım atıb. Demokratların nəzarətində olan senat çərşənbə günü bir qanun layihəsi qəbul edib. Layihəyə görə, Nümayəndələr Palatasının və Senatın üç komitəsinin sədri tələb etdiyi halda ştata məxsus vergi bəyannamələri açıqlanmalıdır. Trump Nyu Yorkda anadan olub, bizneslə də əsasən orada məşğul olub.

Layihənin ştatın demokratların nəzarətində olan Assableyasından da keçəcəyi və demokrat qubernator, Trump-ın tənqidçisi Andrew Cuomo tərəfindən imzalanacağı gözlənir.

Layihə müəllifi olan senator Brad Hoylman apreldə CBSN-ə demişdi ki, bu qanunu Konqresin xahişlərinə rəğmən administrasiyanın Trump-ın vergi bəyannamələrini açıqlamamasına cavabdır.

Senatın qəbul etdiyi başqa bir qanun layihəsində isə ştat prokurorlarının prezident tərəfindən əfv olunmuş şəxslərə ittiham irəli sürməsinə imkan verilir. Bu, yalnız prezidentin maraq toqquşması olan işlərə aiddir, yəni qohumlarını, keçmiş işçilərini əfv etdiyi hallara.

Bu qanun sonucda vaxtilə Trump-ın seçki kampaniyasının rəhbəri olmuş Paul Manaforta aid edilə bilər. O hazırda federal ittihamlarla həbs cəzası çəkir. Trump deyib ki, Manafotla təhqiqatçılar pis davranıblar, o, keçmiş işçisini əfv edə biləcəyinə işarə vurub.

XS
SM
MD
LG