Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:07

Çevriliş cəhdilə əlaqədar hökm oxunub


Monteneqrodakı məhkəmə, infoqrafika

Monteneqro Ali Məhkəməsi bu gün 14 nəfərə qarşı qərar verib.

İki rusiyalı qiyabi olaraq məhkum edilib – Eduard Sismakov 15 il, Vladimir Popov 12 il həbs cəzası alıb.

Digər təqsirləndirilənlər 18 aydan səkkiz ilədək həbsə məhkum olunublar.

***

Mayın 9-da Monteneqro məhkəməsi 2016-cı ilin oktyabrında hökuməti zorakılıqla devirməyi planlaşdırmaqda suçlanan 14 nəfərə hökm oxuyacaq.

Monteneqro hakimiyyətinin bildirməsinə görə, Serbiya və Rusiya millətçiləri parlament seçkisi vaxtı parlamenti tutmağı, ovaxtkı baş nazir Milo Djukanovic-i qətlə yetirməyi, rusiyapərəst hakimiyyət qurmağı planlaşdırıblar.

Təqsirləndirilənlərdən doqquzu Serbiyadan, üçü Monteneqrodan, ikisi Rusiyadandır. Rusiyalılar qiyabi mühakimə olunublar.

Təqsirləndirilənlər Monteneqronun konstitusiya quruluşuna zərbə vurmaq məqsədilə kriminal təşkilat yaratmaqda ittiham olunublar. Rusiyalılara həm də terrorçuluq ittihamı irəli sürülüb.

Həmin iki rusiyalının Rusiya hərbi kəşfiyyatının (GRU) zabitləri olduğu iddia olunur. Onların bu kiçik Balkan ölkəsinin NATO-ya girməsini önləməkdən ötrü belə bir ssenari təşkil etdiyi bildirilir.

Kreml isə “Rusiya dövlət orqanlarıın” iddia olunan çevriliş cəhdində əli olmasına dair iddiaları rədd edib.

Monteneqro 2017-ci ilin iyununda NATO-nun 29-cu üzvünə çevrilib. Rusiya bu addımı tənqid edib. Moskvayla daha sıx münasibətlər tərəfdarı olan bəzi monteneqrolular da bu addıma qarşı çıxıblar.

XS
SM
MD
LG