Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Pakistanda məbəd partladılıb


Hadisə yeri

Pakistanın şərqindəki Lahor şəhərində məşhur sufi məbədində partlayış törədilib, azı 8 nəfər öldürülüb, 25 nəfər yaralanıb.

Polis rəsmisi Arif Nawaz Khan mayın 8-də jurnalistlərə deyib ki, intiharçı polis əməkdaşlarını daşıyan maşını hədəfə alıb. Ölənlərdən beşi polis əməkdaşlarıdır.

Hücum sufi müqəddəsi Ali Hajveri-nin basdırıldığı Data Darbar məbədinin qarşısında törədilib.

Partlayış baş verən zaman məbədin içində və bayırında yüzlərlə zəvvar olub. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.

Baş nazir Imran Khan müqəddəs Ramazab ayı başlanan kimi törədilən hücumu pisləyib.

2010-cu ildə bu məbəddə törədilmiş hücumda 40-dan çox adam öldürülmüşdü.

XS
SM
MD
LG